DİN-ə yeni vəzifə həvalə olundu
Nazirlər Kabineti “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi” haqqında qərar verib.
Adalet.az-ın xəbərinə görə, qərara əsasən, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarına (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsi Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək.
Maliyyə Nazirliyi bu Qərarın icrası ilə əlaqədar müvafiq vəsaitlərin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etməli və bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Bu Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
Digər Xəbərlər
17 Sentyabr 2026 12:12
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
17 Sentyabr 2026 11:29
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - Rəsmi
17 Sentyabr 2026 10:51
“Prezidentin nəzərdə tutduğu şəxs iş otağından milyonlar çıxan Eva Kailidir”
17 Sentyabr 2026 10:42
Hava ilə bağlı son məlumat
17 Sentyabr 2026 10:31
Azərbaycan əhalisinin sayı açıqlandı
16 Sentyabr 2026 19:00
Bilik günü Bakı metrosundan istifadə edənlərin sayı açıqlandı
16 Sentyabr 2026 17:44
Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək
16 Sentyabr 2026 17:10


Bakı -°C

