adalet.az header logo
  • Bakı -°C
16 Sentyabr 2026 12:05
40
ƏDƏBİYYAT
A- A+

“Sözə çevrilən milli yaddaş...” 

“Azərbaycan ədəbiyyatında, milli düşüncəsində, ictimai-siyasi həyatında özünə məxsus iz qoymuş, yaradıcılığı təkcə bədii sözün imkanları ilə məhdudlaşmayan, bu yaradıcılıqda vətən, millət, dil, tarix və milli kimlik anlayışlarına üstünlük verən bir Sabir Rüstəmxanlı var – BİZİM SABİR. Adı kimi səbirli, təmkinli, dözümlü olan Sabir... O səbr ona fitrətdən, o təmkin ona intellektdən, o dözüm ona vətəndən gəlib”.

Adalet.az xəbər verir ki, bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Xalq şairi Sabir Rüstəmxanlı haqqında danışarkən deyib.

“İlk tanışlığımız 2001-ci ilə təsadüf edir: Şəhərin mərkəzində yerləşən Vətəndaş Həmrəyliyi Partiyasının ofisində. Onda yarım saatlıq söhbətimizdə anladım ki, o, təkcə söz adamı deyil, siyasi xadim, ictimai xadim kimi bir şəxsiyyətdə birləşən çox dəyərli bir insandır.Sabir Rüstəmxanlının yazdığı misra, söylədiyi fikir və tutduğu mövqe bütöv bir nəslin düşüncəsinə təsir göstərir. Yaradıcılığında vətən anlayışı coğrafi sərhədlərdən daha böyük olan Sabir üçün vətən tarixdir, dilimizdə milli yaddaşdır, şəhidlərimizin əmanətidir, xalqın mənəvi bütövlüyüdür. Ona görə əsərlərində milli özünü dərk prosesi var.Sabir Rüstəmxanlının yaradıcılığı böyük milli yaddaşın səhifələrindən biridir və o səhifələr daim bu dövlətin nəsillərindən gələcək nəsillərə ötürüləcək. Sözlə vətən arasında körpü yaradan, milli yaddaşı yaşadan, Azərbaycançılıq düşüncəsini ədəbi sözün gücü ilə ifadə edən ziyalılardandır Rüstəmxanlı.Ömür kitabı ilə milli yaddaşı gücləndirən, vətən anlayışına daha geniş baxış bəxş edən, bu kitabı yazmaqla ziyalılığın məsuliyyətini göstərdi. Ziyalı təkcə yazan və danışan olmamalıdır. Ziyalı cəmiyyətin ağrılarını görən, milli məsələlər haqqında düşünən və öz sözünün məsuliyyətini daşıyan şəxsiyyətlərdəndir. Bu kitabda, o cümlədən, tarixi hadisələri insan taleyi ilə birləşdirdi. Gənc nəslə mesaj verdi. Keçmişi bilmədən gələcəyini qurmaq olmaz. O kitab bizə bir insanın deyil, bir millətin ömrünü oxumaq imkanı verir”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN