adalet.az header logo
  • Bakı 18°C
09 Oktyabr 2021 09:05
1785
GÜNDƏM
A- A+

Bir il əvvəl: Azərbaycan Ordusu Hadrut qəsəbəsini və 8 kəndi işğaldan azad etdi

Bu gün Azərbaycan Ordusu Xocavənd rayonunun Hadrut qəsəbəsini və Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracalı, Əfəndilər, Süleymanlı, Sur kəndlərini işğaldan azad etdiyi gündür.

Adalet.az –ın məlumatına görə, bir il əvvəl - 2020-ci il oktyabrın 9-da prezident İlham Əliyev xalqa müraciətində bildirmişdi.

1988-ci ildə Azərbaycana qarşı təcavüzə başlayan Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal etmişdi.

 

2020-ci il sentyabrın 27-dən  Müzəffər Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirib. Cəbrayıl şəhəri və onun bir çox kəndi, Füzuli rayonunun və keçmiş Ağdərə rayonunun bəzi kəndləri, bir çox strateji yüksəklik, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.

 Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırdıqdan sonra çıxışı zamanı Hadrut qəsəbəsinin azad edilməsinin çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olduğunu söyləmişdideyib.

"Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi".

 

"Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi", - dövlət başçısı bildirib.

XÜSUSİ QEYD: Şahidəm...

Həmin gün məğlubiyyət acısı yaşayan Ermənistan ordusu dinc əhalini bombalamaqla özünü sakitləşdirməyə çalışdı. Erməni Ordusu səhər saat 08 radələrindən başlayaraq Füzuli rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutdu. Saat 09 radələrində Füzuli rayonu Qarabağ kənd sakinləri 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu, 1958-ci il təvəllüdlü İbrahimov Nizami Cəfər oğlu və 1968-ci il təvəllüdlü Abbasov Alman Ənvər oğlu yaşadıqları evlərə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi, o cümlədən onların yaşadıqları evlərə külli miqdarda ziyan dəydi.

( oktyabrdə - saat 14 radələrindən başlayaraq Ağdam rayonunun Quzanlı qəsəbəsini müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutuldu. Mərmi yağışı  3 saat davam etdi. Quzanlı qəsəbə sakinləri 1979-cu il təvəllüdlü Hüseynov Əlizamin Cavid oğlu, 1978-ci il təvəllüdlü Zeynalov Elçin Əli oğlu, 1984-cü il təvəllüdlü Məmmədova Lalə Məhəmməd qızı və 1992-ci il təvəllüdlü Rzayev Elçin Hənifə oğlu qəsəbə ərazisinə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Bütün bunlara baxmayaraq ermənilər Hadrut açısını yaşadılar.

Sizinlə qürur duyuruq Azərbaycan Ordusu! Bütün şəhidlərimizin ruhu qarşısında, bütün şəhid valideynlərinin önündə  baş əyirik! Qazilərimizə can sağlığı, Ordumuza yeni qələbələr arzulayırıq!

 

Əntiqə Rəşid