Əlisəfa Azayevin 75 illiyi qeyd edildi
22 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında yazıçı-hüquqşünas Əlisəfa Azayevin 75 illik yubileyi münasibətilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı Əlisəfa Azayevin Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olduğunu vurğulayaraq, onun zəngin yaradıcılığından, hüquqşünas kimi səmərəli fəaliyyətindən və milli-mənəvi dəyərlərin təbliğinə verdiyi töhfələrdən bəhs etdi. O, eyni zamanda Ə.Azayevin qanunlarımızı hər zaman ali tutan, savadlı hüquqşünas və əsl vətənpərvər olduğunu vurğulayaraq yazıçının əsərlərinin sujet xətti, ideyası, personajları haqqında maraqlı fikirlər söyləyərək görkəmli şəxsiyyətlərin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə keçirilən belə tədbirlərin faydasını da vurğuladı.
Tədbirdə çıxış edən rayon ziyalıları Akif İbrahimov, Ramiz Cəfərov, Əməkdar müəllim Məhəmmədəli Veyisov, şəhid atası Hacı Bahadur Paşayev, şəhid anası Simuzər Bağıyeva, Müşgünaz Əliyeva, Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin qardaşı Ağasəməd Abdullayev, AYB-nin üzvləri qocaman jurnalist Tofiq Abdullayev, şair Abduləziz Xanəhmədoğlu, Anar Gülümsoy, Aida Adıgözəl, Nanəgül Həmidova, rayon MKS-nin əməkdaşı Şahnaz Məcidova, Qasım Hüseynov çıxış edərək Əlisəfa Azayevin həyat yolu, ədəbi irsi və yaradıcılığının əsas xüsusiyyətlərindən bəhs etdilər və yazıçının əsərlərində mənəvi dəyərlərin, vətənpərvərlik duyğularının, humanist ideyaların geniş əks olunduğunu qeyd etdilər, onun Azərbaycan ədəbiyyatına və hüquq elminə verdiyi töhfələri yüksək qiymətləndirdilər.
Tədbirin gedişində yazıçının həyat və fəaliyyətini əks etdirən slayd və videolardan parçalar da nümayiş etdirildi, bədii yaradıcılığında nümunələr səsləndirildi.
Tədbirdə müəllifin kitablarından ibarət sərgi nümayiş etdirildi və iştirakçılar yazıçının yeni kitabları ilə yaxından tanış oldular. Akademik Rafael Hüseynovun Əlisəfa Azayevin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə fəal əməkdaşlığına görə və 75 illik yubileyi münasibətilə imzaladığı Fəxri Fərman yazıçıya təqdim təqdim olundu.
Sonda Əlisəfa Azayev çıxış edərək oxucuların ona ünvanladığı sualları cavablandırdı və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. Tədbir iştirakçıları yazıçıya çiçək dəstələri təqdim edərək onunla xatirə şəkilləri çəkdirdilər.
Digər Xəbərlər
21 Sentyabr 2026 13:14
Əbülfət Mədətoğlu: ÜRƏYİM
21 Sentyabr 2026 12:27
İLQAR TÜRKOĞLU - CAVAD CAVADLININ 100 İLLİK YUBİLEYİNƏ
21 Sentyabr 2026 12:26
Nizami Cəfərov fenomeni
21 Sentyabr 2026 11:53
Aida İmanquliyeva – Şərqşünaslıq elmində yaşayan ömür
21 Sentyabr 2026 11:20
MÜASİR CƏMİYYƏTDƏ PRAQMATİK TƏHSİL PROBLEMİ VƏ FƏLSƏFƏSİ
21 Sentyabr 2026 10:37
Abid Tahirlinin elmi və bədii yaradıcılığının fundamental təqdimatı
20 Sentyabr 2026 10:09
Qulu Ağsəs: az sözə bir dünya sığdıran Şair
18 Sentyabr 2026 20:50


Bakı -°C

