adalet.az header logo
  • Bakı -°C
23 Sentyabr 2026 12:37
52
İDMAN
A- A+

14 min nəfər F1-i izləyəcək

Ötən il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı yarış günlərində 14 min xarici turist Bakıya gəlib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Adalet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı Bakıya gələn əcnəbi turistlərin sayı bu rəqəmdən bir qədər çoxdur.

Bu isə onu deməyə əsas verir ki, “Formula 1”-lə əlaqədar Azərbaycana gələn turistlərin sayı rekord göstəriciyə çatıb.

O da bildirilib ki, turistlər 100-dən çox ölkədən gəlib.

Rəsmi statistikaya görə, ötən il Qran Pris iştirakçıların 80%-dən çoxunu turistlər təşkil edib.

Orta hesabla, yarış üçün Azərbaycana üz tutan hər bir turistin 2200 ABŞ dollarından çox vəsait xərclədiyi qeyd olunur.