adalet.az header logo
  • Bakı -°C
23 Sentyabr 2026 13:20
43
HADİSƏ
A- A+

“28 Mall”un qarşısında skuterdən yıxılmışdı, öldü

Bakının mərkəzində skuterdən yıxılan 42 yaşlı kişi ölüb.

Adalet.az xəbər verir ki, hadisə sentyabrın 12-si Azadlıq prospekti 27-nin qarşısında – “28 Mall”un önündə baş verib.

Bakı şəhər sakini 1984-cü il təvəllüdlü İsmayıl Kərim oğlu Nəbiyev skuterdən yıxılıb və xəsarətlə xəstəxanaya yerləşdirilib.

Tibbi yardıma baxmayaraq, o, 10 gün sonra vəfat edib.

Faktla bağlı araşdırma aparılır.