Əməliyyatdan sonra həyatı kabusa çevrilmişdi - Evtanaziya ilə öldü
Fransız aktyor və rejissor Arno Denis 43 yaşında Belçikanın Namur şəhərində evtanaziya yolu ilə həyatına son qoyub.
Adalet.az xəbər verir ki, Denisin yaşadığı ağır sağlamlıq problemlərinin 2023-cü ildə keçirdiyi sağ qasıq yırtığı əməliyyatından sonra başladığı bildirilir.
Əməliyyat zamanı bədəninə polipropilen protez yerləşdirilən aktyor daha sonra xroniki iltihab və güclü ağrılardan əziyyət çəkib.
2024-cü ilin aprelində protezi çıxarılsa da, Denisin səhhətindəki problemlər aradan qalxmayıb. Ona mialgik ensefalomielit və ASİA sindromu diaqnozu qoyulub. Aktyor müalicə imkanlarının tükəndiyini və ağrıların gündəlik həyatını ciddi şəkildə məhdudlaşdırdığını bildirib.
Denis səhhətində yaranan problemlərlə bağlı tibbi səhlənkarlıq iddiası ilə Paris Dövlət Prokurorluğuna müraciət edib. Lakin avqustun sonunda işə xitam verilib. Qərarda sağlamlıq problemləri ilə implant arasında qəti elmi səbəb-nəticə əlaqəsinin müəyyən edilməməsi əsas göstərilib.
Ağır ağrılarla mübarizə aparan Denis evtanaziyanın qanuni olduğu Belçikaya gedib. Bildirilir ki, o, martın 18-dən etibarən palliativ yardım mərkəzində prosedurun tamamlanmasını gözləyib.
Aktyor sentyabrın 22-də Namurda üç həkimin qiymətləndirməsi və son təsdiqindən sonra evtanaziya yolu ilə həyatına son qoyub.
Denis vida mesajında yaşadığı təcrübənin yalnız öz hekayəsi olmadığını vurğulayıb. O, oxşar problemlərlə üzləşən insanların səsi olmaq istədiyini və arxasında cavabsız tibbi suallar qoyduğunu bildirib.
Digər Xəbərlər
23 Sentyabr 2026 09:24
Qalmaqallı açıqlamadan sonra - Qadınlar parlamentə mini ətəklə getdilər
23 Sentyabr 2026 00:11
Tramp Ərdoğanı təriflədi - "Çətin adamdır" - VİDEO
23 Sentyabr 2026 00:00
Ərdoğan Endi Börnhemlə Qəzzada və Ukraynadakı vəziyyəti müzakirə edib
22 Sentyabr 2026 23:44
Ukraynada “Patriot” raketləri istehsal edilə bilər - Tramp açıqladı
22 Sentyabr 2026 22:45
Trampla Zelenskinin görüşü oldu - "Artıq vaxtdır"
22 Sentyabr 2026 20:47
Zelenski BMT-nin mənzil-qərargahına belə getdi - FOTO
22 Sentyabr 2026 20:21
BMT üzvləri Şimali Kipri tanımağa dəvət edilib
22 Sentyabr 2026 20:20


Bakı -°C

