adalet.az header logo
  • Bakı -°C
23 Sentyabr 2026 11:24
58
SİYASƏT
A- A+

Bu dəfə Yaxın Şərqi tarixin ən böyük savaşı gözləyir: İranla müharibəyə az qaldı

“Hazırda İranla bağlı beynəlxalq münasibətlərdə çox ciddi proseslər yaşanır və müşahidələr də göstərir ki, yenidən İran üzərində buludlar sıxlaşmaqdadır. Hətta qeyd olunur ki, Amerika Birləşmiş Ştatları İranla sərhəd bəzi ölkələrə müraciət eləyib ki, hərbi əməliyyatların növbəti dalğasına coğrafi olaraq icazə ala bilsin. Proses ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatlarına məxsus olan ağır artilleriyanın, silahların, o cümlədən hərbi yüklərin İran sahillərinə daşınması baş verir və görünür ki, son on gündə təxminən dörd istiqamətdə İran ətrafında proseslərdə ciddi dinamika var”.

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.

Politoloq bildirib ki, hazırda daha çox hərbi eskalasiya, yəni Hörmüzün açılmasına yönəlik hərbi əməliyyatların bərpa olunmasına dair gündəm yaranmaqdadır:

“Görünən odur ki, sentyabrın əvvəlində ABŞ–İran qarşıdurmasında yenidən bir pik yaşandı. ABŞ sentyabrın biri, ikisi İranın cənub sahillərinə zərbələr endirməklə yanaşı, İran da onun bölgədəki proksilərinə, yəni müttəfiq ölkələrinə zərbə vurdu və bu, iyuldan bəri ilk ən böyük toqquşma idi. Şübhəsiz ki, bundan dərhal sonra İran Hörmüz boğazını bağladı. İndi Baş Assambleyada İran xarici işlər naziri Araqçi ilə ABŞ nümayəndəsi Stiv Vitkofun danışıqlar prosesi baş tutdu və Araqçi burada İranın şərtlərini təqdim eləyibdir: ABŞ-a Vaşinqton hərbi təzyiqi azaltsa və limanın blokadasını qaldırsa, İran yeddi gün içində boğazı aça bilər. Amma görünən odur ki, Tramp bir neçə gün öncə bəyan elədi ki, yeni mərhələyə qədəm qoymuşuq və bu dəfə İran mütləq şəkildə, yekun olaraq cəzalandırılacaq. İran ordusu isə ABŞ-ın zərbələrə başlamağını bərpa etməyə hazırlaşdığını bildirdi. Bu da məlumdur ki, təxminən belə bir açıqlama verdilər: İranda təxminən otuz milyondan artıq şəxs könüllü olaraq Amerika ilə müharibə hərəkatına qoşulub və silah götürməyə hazır olduğunu bəyan eləyib. Bunun da kontekstində İran ordu və yarımhərbi qruplaşmaları ölkənin sərhədlərinə yığıb”.

Onun sözlərinə görə, ikinci istiqamət iqtisadi çöküşlə bağlıdır:

“Rejim daxilində 2019-cu ilin ssenarisini təkrarlamağa çalışır; yəni hökumət ayda 110 litrdən çox benzin istifadə eləyənlərlə bağlı qiymətləri qaldıracağını açıqlayıb, səbəb kimi də, əlbəttə, ABŞ-ın sanksiyasını və müharibəni bildiribdir. Təbii ki, bu çox ağır bir rəqəmdir, çünki gündəlik 300–500 milyon dollarlıq neft gəliri blokada səbəbindən faktiki olaraq kəsilib, heç bir ölkə İran neftini almaq istəmir. Bu baxımdan sosial şəbəkələrdə sızan məlumatlar var ki, İranın hakimiyyətinə yaxın beyin mərkəzində — Fərhəng Müəssiseyi Raci yeni etiraz dalğasının başlana bilməsinə yönəlik çox ciddi narahatlığını açıqlayıb və bildirib ki, məscidlərin, inqilab qüvvələrinin 24 saat növbəyə keçməsi lazımdır təcili şəkildə. Başqa bir video materialda bildirilir ki, Ali Milli Təhlükəsizlik Şurası illik ordu paradını ləğv eləyib, yerinə daxili etirazlara qarşı motosikletli və piyada manevrləri edə biləcək bir alternativ hərbi qüvvə hazırlamış. Qalibaf da bildirib ki: «Raketlərimiz düşməni gördü, indi sıra qisasçıların — bizim dəyənəyimiz, silahımız və motosikletimizin görməsinə növbə çatır». Üçüncüsü, daxili etirazlardan çox danışılır və görünən odur ki, iqtisadi problemlər ucbatından — yəni İran xalqı faktiki olaraq pulsuz qalıb, ac qalıb — çox ciddi iqtisadi partlama ərəfəsindədir. BMT-nin Müstəqil Araşdırma Missiyası sentyabrın 17-də açıqlayıb ki, 2025-ci il dekabrın 28-dən başlayan repressiyalar insanlığa qarşı cinayət kimi yadda qalıb və ölü sayı, hər halda, 2022-ci illə müqayisədə beş dəfə çox olubdur; ümumi məlumata görə, 31 əyalətdə 221 uşaq öldürülüb, internet 8 yanvardan etibarən isə beş aydan artıq müddətə kəsilib. Yəni hazırda 20–22 sentyabr tarixi arasında küçələrdən görüntülər yayılır; müəlliflər bütövlükdə etiraz kimi böyük kütlələrin görüntülərini görməkdəyik. Proses bundan ibarətdir ki, dövlət də təxminən 300 min nəfərlik çadralı qadını meydana çıxardıb, hakimiyyətin müdafiəsi ilə bağlı mitinq təşkil elətdirib; digər tərəfdə isə hicabsız qadınların böyük aksiyaları keçirilir və təxminən İran hakimiyyəti Avropada, dünyada yaşayan, mühacirətdə yaşayan məşhur iranlıların ölkəyə qaytarıb hakimiyyətə dəstək tərbirləri gördürsə də, 2022-də gözündən vurulub kor edilən, Almaniyadan qayıtdıqdan sonra həbs edilən etirazçı Ali Zareiyə “yer üzündə fəsad” ittihamı ilə ölüm hökmü verilib və Qezel Hesar həbsxanasında təkadamlıq kameraya köçürülüb. Bu da diasporanı İran dövləti əleyhinə səfərbər edib”.

Vasif ƏLİHÜSEYN