adalet.az header logo
  • Bakı -°C
22 Sentyabr 2026 22:12
37
SİYASƏT
A- A+

“Yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq” - VİDEO

“İşğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləridir”.

Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.

“Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq”.

Prezident İlham Əliyevin sosial media hesablarında müşavirədəki çıxışından bu hissənin videosu paylaşılıb.