Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Xocavənd rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində keçirilən tədbirin rəsmi hissəsində Azərbaycan, Türkiyə və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edənlər bu cür təlimlərin ölkələrimizin orduları arasında əməkdaşlığın genişləndirilməsi, bölmələrin praktiki vərdişlərinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi, şəxsi heyət arasında dostluq əlaqələrinin gücləndirilməsi və tapşırıqların birgə icrası zamanı qarşılıqlı uzlaşmanın təmin edilməsi baxımından vacibliyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.
Sonra təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblı tərəfindən konsert proqramı təqdim edilib.
Digər Xəbərlər
22 Sentyabr 2026 17:50
"İçərişəhər"də yeni qatarların sayı niyə azdır?
22 Sentyabr 2026 17:42
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
22 Sentyabr 2026 17:38
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
22 Sentyabr 2026 17:24


Bakı -°C

