SON DƏQİQƏ:

Ərdoğandan  “Zəngəzur dəhlizi ”şərtinə Paşinyandan “qızdırmalı” cavab: " İki erməni respublikası, qəhrəman erməni, biz qalib gələcəyik..."

  4645   |  
Şriftin ölçüsü  

Tibilisidə rəsmi görüşünə getdiyi   Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Prezident Salome Zurabişvilini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətçi salan Ermənistan baş naziri Nikol Paşinyan  yenidən  sayıqlamağa  başladığı məlum olub. Sayıqlamağa isə  arxasınca minnətçi saldığı Prrezident Ərdoğanonun görüşmək istəyinin qarşısına “Zəngəzur dəhlizi açılmalıdır” şərtindən sonra  başlayıb. 


Adalet.az xəbər verir ki, ötən gün Ermənistanın müstəqilliyinin 30-cu ildönümü ilə bağlı İrəvanın Respublika meydanında tədbir baş tutub və tədbirdə baş nazir 44 günlük müharibədə yerlə bir olmuş  reytinqini qaldırmaq naminə sayıqlamaq zorunda qalıb. O deyib ki, ermənilər bu illərdə uğur və uğursuzluq, göz yaşları və sevinc, ümid və ümidsizlik, müharibə, qələbə və məğlubiyyət görüb:“İndi sual budur ki, necə yaşamalıyıq və ölənlərin atasının, anasının, övladlarının gözünə necə baxmalıyıq; nə etməliyik ki, onların ölümü mənasız olmasın. Bizim başlıca vəzifəmiz gələcək üçün düzgün orientasiyanı müəyyən etməkdir”.


Paşinyanın daha sonra bir az da vəcdə gələrək daha pafosla danışıb. Onun sözlərinə görə, tarix bəzən qələbənin heç də həmişə qələbə, məğlubiyyətin isə heç də həmişə məğlubiyyət olmadığını sübut edib:“Biz öz məğlubiyyətimizi qələbəyə çevirməliyik. Qəhrəmanlar Ermənistan və “artsax” üçün öldülər. Hələlik iki erməni “dövləti” varsa, ölən qəhrəmanlar sağdırlar. İki “respublika” çiçəklənirsə, onların ölümü mənasız deyil”. 

 

 Ermənistanın "Alış" variantı

 


 Yeri gəlmişkən baş nazir Ermənistanın dövlət rəsmiləri ötən  gün səhər "Yerablur" hərbi qəbiristanlığını ziyarət edib.
Əvvəlcədən Yerablurdakı jurnalistlərə məhdudiyyətlər tətbiq edilib. Bir neçə kvadrat metrlik xüsusi bir sahə qırmızı lentlə çərçivələnib, jurnalistlər oraya salınıb. Onların həmin ərazini tərk etməsinə, rəsmilərə yaxınlaşmasına və sual verməsinə icazə verilməyib.
Rəsmi mərasim başlamazdan əvvəl, ölən əsgərlərin bir neçəsinin valideynləri qəbiristanlığın girişinə toplaşaraq, Baş nazir Nikol Paşinyanın övladlarının məzarına yaxınlaşmasına icazə verməyəcəklərini israr ediblər. Daha sonra valideynlər zorla Yerablur bölgəsindən uzaqlaşdırılıb. Təhlükəsizlik işçiləri valideynlərlə "jurnalistlər" arasında da canlı bir divar qurub jurnalistlərin onlara sual verə bilməsinə əngəl olublar.

 


 P.S. Biz tərəflərdə  bir lətifə var.Oxuyanların hər birindən üzr istəyirəm.. amma yeri gəlib, yazmalıyam: Alış adlı bir kişi olur və ata-anası zorla onu evləndirir. Toy gecəsi məlum olur ki, bu kişi olaraq heç nəyə qadir deyil. Oğlunun biabır olmaması üçün gəlinə yalvarırlar ki, bir müddət bu hadisə haqqında heç yerdə bir söz danışmasın, heç kimə ailəliyi haqqında məlumat verməsin.. Gəlin valideynlərə yazığı gəlir və bir müddət onların evində qalmağa və kimsəyə bir söz deməməyə razı olur. Günlərin bir günü  qonşunun qaz sürüsü Alışın bostanına basqın edir, bunun əkdiyi, becərdiyi dirriyi-bostanı  yeyib məhv eliyir. Alış nətər əsəbləşirsə başlayır söyməyə, ay sizin yiyənizi..., ay sizi həyətindən çolə burağanı..., ay sizin toxumunuzu... day hədyan-hədyan söyüşlər. 

 


Alışın ata-anası nə qədər şalışır bunu sakitləşdirə bilmir. Axırda gəlinə yalvarırlar ki, get Alışı sakitləşdir sussun qonşuların yanında biabır olduq. Alış da öz aləmində söyür. Ay sizin yiyənizin....
 Gəlin gəlir çatır Alışın yanına, yavaşca əylilir Alışın qulağına tərəf deyir: Alışşş, nəynən?


 İndi Ordusunun 80 faizi darmadağın olan, 7 mindən çox hərbiçisi ölən, 11 min hərbiçisi fərari və şikəst kimi qeydiyyata alınan, parça- tikə olmuş texnikasının 50 faizi Qarabağın düzlərində, qalanı da Bakı qənimətlər parkında...


Ekspertlərin fikrincə,  Ermənistan vətəndaşlarının etimadını qazana bilməyən Paşinyan onların qəzəbinə gəldiyinin də fərqindədir. Paşinyanın baş nazir olmasına səs verən bütün seçicilər peşman –pərişan... Paşinyan da ikidə bir, üçdə bir deyir ki,  iki erməni respublikası, qəhrəman erməni kişisi... biz qalib gələcəyik... Pafos yığını..
 O yarımamış gəlinin sözü olmasın: Alışşş nəynən??


 Əntiqə Rəşid


 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK