adalet.az header logo
  • Bakı -°C
16 Sentyabr 2026 15:00
43
GÜNDƏM
A- A+

“Doğuşların azalmasının səbəbi təkcə maddi çətinlik deyil...”

Son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür.

Mövzuyla bağlı Adalet.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bunun səbəbinin sosial-iqtisadi qeyri-müəyyənlik və uşağın böyüdülməsi xərcləri olduğunu bildirib.

Ekspert həmçinin qeyd edib ki, mənzil, sabit gəlir, uşaq baxımı, qadının işləməsi, ailədə artıq uşaqların olması kimi faktorlar hamiləliyin davam etdirilməsi qərarına təsir edə bilər:

“Psixoloji amil olaraq insan uşağı dünyaya gətirərəm, amma sabah ona necə həyatını təmin edirəm deyə düşünür. Burada yoxsulluqdan çox gələcəyə inam və təhlükəsizlik hissi əhəmiyyətlidir. Doğuşların azalmasının arxasında təkcə maddi çətinlik deyil, sabaha sosial-iqtisadi və psixoloji əminliyin zəifləməsi dayanır. abortların yüksək olmasında isə buna əlavə olaraq ailələrin daha az uşaq istəməsi, planlaşdırılmamış hamiləliklər mühüm rol oynayır. Dini dəyərlər abortu məhdudlaşdıran amil ola bilər, lakin iqtisadi qeyri-müəyyənliyi, gələcək qorxusunu və kiçik ailə modelinə keçidi aradan qaldırmır”.

Vasif ƏLİHÜSEYN