adalet.az header logo
  • Bakı -°C
15 Sentyabr 2026 18:30
49
DÜNYA
A- A+

Oman yaxınlığında gəmiyə hücum - itkin düşənlər var

Panama bayrağı altında üzən “El Jaya” neft tankerinin hücuma məruz qalmasından sonra mühərrik hissədə yanğının baş verdiyi bildirilib və gəmi Oman limanlarından birinə yedəyə alınıb.

Adalet.az xəbər verir ki, Omanın Dəniz Təhlükəsizliyi Mərkəzinin bu gün yaydığı bəyanata əsasən, tanker hücuma məruz qaldığı zaman Musəndəm vilayətinin şimal-şərqindən təxminən 103 dəniz mili məsafədə olub.

Hadisə zamanı Oman Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi tankerin 23 ekipaj üzvünü təxliyə edib, 2 ekipaj üzvünün isə itkin düşdüyü bildirilir.

Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi Hörmüz boğazında yeni insident barədə məlumat aldığını açıqlamışdı. Bildirilmişdi ki, Oman yaxınlığında hərəkət edən gəmi naməlum mərmi ilə vurulub.