Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
Bakı-Ələt-Astara magistralının Cəlilabad və Masallı rayonlarının ərazisindən keçən hissəsində güclü duman müşahidə olunur.
Adalet.az xəbər verir ki, magistral yolun ayrı-ayrı hissələrində görünüş məsafəsi təxminən 100 metr təşkil edir.
Duman səbəbindən yolda hərəkət edən sürücülərin diqqətli olmaları, sürət həddinə riayət etmələri və təhlükəsiz ara məsafəsi saxlamaları tövsiyə olunur.


Bakı -°C

