adalet.az header logo
  • Bakı -°C
16 Sentyabr 2026 13:00
41
İDMAN
A- A+

"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub

"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb.

Adalet.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb.

44 yaşlı məşqçi son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərlik edib.

O, müxtəlif illərdə "Drita", "Qostivar", "Renova", "Struqa" (hamısı Şimali Makedoniya) və "Bilis" (Albaniya) klublarının baş məşqçisi, "Əl-Cabalayn"nın isə (Səudiyyə Ərəbistanı) idman direktoru işləyib.

Qeyd edək ki, Y.Bekiri 2024/2025 mövsümündə "Şkendiya" ilə Şimali Makedoniya çempionu olub. O, "Qəbələ"də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.