adalet.az header logo
  • Bakı -°C
16 Sentyabr 2026 11:22
43
İDMAN
A- A+

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət alıb

"Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb.

Adalet.az xəbər verir ki, bununla bağlı "Kəpəz" klubuna Moldova Futbol Federasiyasından rəsmi məktub daxil olub.

28 yaşlı futbolçu sentyabrın 20-də Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində "Sumqayıt"la oyundan sonra yığmanın düşərgəsinə yollanacaq.

O, milli komandanın heyətində UEFA Millətlər Liqasında forma geyinə bilər. Moldovalılar adıçəkilən yarışın K qrupunda Slovakiya (26 sentyabr və 6 oktyabr), Farer adaları (29 sentyabr) və Qazaxıstan (2 oktyabr) kollektivlərinə qarşı mübarizə aparacaqlar.

Qeyd edək ki, cari mövsüm "Kəpəz"in heyətində iki dəfə fərqlənən V.Stina Moldova yığmasında 30 oyun keçirib, 4 qol vurub.