adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Sentyabr 2021 13:06
1205
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: AHDAN DOĞULAN ŞEİR

Sən  şəhərdə olmayanda
Şəhər  təklənir...
Bütün  olanlarla  birgə -
Şəhər  ləklənir!...

Küçə  də  yarımçıq  olur,
Lap küçədəki  bina da!
Ürək  bulud  kimi  dolur -
Yer   də  qalmır  ki,  inada!

Gəzməyə də çıxmır ayaq
Bir   doğma    yerdə  çökürsən..
Xatirələr  kövrək   dayaq -
Onu  üstünə  tökürsən...

Kimsədən yersiz  küsmək  yox
Günahkar taleh  yazandı...
Can  verdiyini candan  çox -
İtirmək  belə   asandı?!

Bir  sapa  min arzu  düzüb
Min  xəyalı  bir  eləmək...
Əlini  o  BİRdən  üzüb -
Olmur,  başı  girələmək...

Şəhər də  bezib , bezdirir
Kimsən, de , ya  da  kiminsən?!
Məni  həsrətim  gəzdirir -
Deyir, piyada kimisən...

...Mən  şəhərdə  olmayanda -
Olmurmuş elə  şəhər  də...
Əzabdı bil , sənsizlikdə -
Ölmək də. belə  şəhərdə!