"Gec-tez razılığa gələcəklər" - Allahşükür Paşazadə regiondakı müharibədən danışdı
Regionda baş verən gərginliklərlə əlaqədar çağırışım və dualarımız odur ki, tərəflər bir-biri ilə danışıb razılaşsınlar.
Adalet.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bu gün Təzəpir məscidində Ramazan bayramının başa çatması ilə əlaqədar qılınan bayram namazından sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu prosesdə xalq əziyyət çəkir:
"Gec-tez razılığa gələcəklər, amma o vaxta qədər insanlar əziyyət çəkəcək. Buna görə də çağırışım budur ki, tərəflər tezliklə razılığa gəlsinlər. Raketlər qələmlərlə, qarşıdurma isə diplomatiya dili ilə əvəzlənməlidir. Tərəflər bir-biri ilə danışaraq ortaq məxrəcə gəlməyə çalışmalıdırlar, çünki bu cür qarşıdurmaların sonu yoxdur".
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

