SON DƏQİQƏ:

Dünyanı məngənəsinə alan problem: Su qıtlığı  -  ARAŞDIRMA

  33074   |  
Şriftin ölçüsü  

Yay gəlib.  Bizi əhatə edən bütün canlı aləmin suya olan tələbat artır. Susuz həyatın olmadığı hər kəsə məlumdur. Şirin sudan qıtlıq çəkən planet əhalisinin bu gedişlə yaxın illərdə böyük su problemi yaşayacağı bəllidir.


Su qıtlığı yaşayan dünya

 

Məlumata görə, şirin su dünyanın su ehtiyatlarının 2,5%-ni təşkil edir - təqribən 35 milyon km3. Lakin bunun 68,7%-i buzlaqların və buz örtüklərinin, 30,1%-i hasilatı çətin olan yeraltı suların payına düşür.
Faktiki olaraq insan üçün Yerin səthində yerləşən şirin suyun 1,2%–i qalır, lakin bu həcmin 69%-i permafrostdur, yalnız 21%-i isə çaylar və göllər təşkil edir. Nəticədə, çay axınının ümumi həcmi BMT tərəfindən 46,8 min km3 səviyyəsində qiymətləndirilir.
Ötən illərdə Hollandiyanın Tvente Universitetinin alimləri Yer kürəsinin içməli suyun çatışmazlığından əziyyət çəkən əhalisini qiymətləndirmişdilər. Müəlliflər tədqiqatlarının nəticələrini “Science Advances” jurnalında dərc etmişdilər.
İçməli suyun çatışmazlığından əziyyət çəkən insanların yarısı Hindistan və Çində, digərləri isə Avstraliya, Baqladeş, Pakistan, Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Türkmənistan, Oman, San Marino, Belçika, Yunanıstan, İspaniya, Albaniya, Portuqaliya, İtaliya, Meksika və ABŞ-ın cənub-qərbində Kaliforniya, Texas və Florida ştatlarıdır.


Azərbaycanda vəziyyət necədir? Kür çayı... 

 


Bilirsiniz ki, Kür çayı dövlət iqtisadiyyatı ilə əlaqədar əhəmiyyəti böyük olan ən bolsulu çayımızdır. Kürün su mənbəyinin 36 faizini əriyən qar, 30 faizini yeraltı qrunt suları, 20 faizini yağış, 14 faizini isə buzlaqlardan əriyib axan sular təşkil edir. Artıq bir neçə ildir Kürün səviyyəsində enmələr müşahidə olunur. Bu da həm kənd təsərrüfatını, həm də insan həyatına təsirsiz ötməyəcək amillərdəndir. 
Bu ilin mart ayında ictimaiyyətə verilən məlumata görə, demək olar ki, hər gün çayda suyun səviyyəsi 10-15 santimetr, bəzi hallarda isə 20 santimetrdən də çox aşağı düşür. Hazırda bu da sakinləri ciddi narahat edir. 
Mart ayının son 20 günündə çayda suyun səviyyəsi iki metrdən çox aşağı düşüb. Çayın səviyyəsinin azalması isə su nasos stansiyalarının işinə də təsirsiz ötüşməyib. Nasoslar tam gücü ilə işləyə bilmir. Belə olduqda əkin sahələrinin suvarılmasında bir sıra çətinliklər yaranır. 

 
Su qıtlığının səbəbi nədir?

 

Ötən il də eyni hal yaşanmışdı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, su ehtiyatlarının azalması qlobal problemdir və bu da əsasən təbii amillərlə və iqlim dəyişmələri ilə bağlıdır:
“Temperaturun artması, quraqlıq, buxarlanmanın çoxalması, yağıntıların azalması, qar örtüyü ilə bağlı azalmalar sonda qlobal su ehtiyatlarının azalmasına gətirib çıxarır. Buna da paralel olaraq suvarılan ərazilərin və dünya əhalisinin sürətlə artması, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafı sudan daha çox istifadəyə gətirib çıxarır. Belə olduğu halda təbii mənbələrdən su daha çox götürülür. Buna görə də çayların, göllərin və anbarların suyu azalır”.
Şöbə müdiri yeganə çıxış yolunu sudan səmərəli istifadə etməkdə görür. O, bunun üçün su itkisinin azaldılmasını və ondan daha çox təkrar istifadə olunmasını təklif edir: “Suya münasibət də dəyişməlidir. Məsuliyyətli su istehlakı və sudan istifadə mədəniyyətinin prinsiplərinin dəyişdirilməsi əsas götürülməlidir. Mümkün qədər sudan az istifadə edərək qənaət etmək və itkiləri azaltmaq mümkündür. Tullantı sularından fiziki məqsədlər üçün təkrar istifadə etmək lazımdır. O cümlədən kollektor-drenaj üsulu tənzimlənərək yenidən suvarılmada istifadə olunmalı, təsərrüfatda istifadə məqsədilə içməli sudan istifadə azaldılmalı və ya məhdudlaşdırılmalıdır”.


Suyu quruyan Xəzəri...

 

 

Alimlərin fikrinə görə, dənizin və ya ona tökülən çayların sahillərində yaşayan milyonlarla insan son dərəcə xoşagəlməz nəticələrlə üzləşəcəklər.
Almaniyanın Gissen və Bremen universitetlərinin alimləri Hollandiyanın Utrext Universitetinin Geologiya Departamentinin geoloqu Frank Vesselinqlə birgə 21-ci əsrin sonlarına qədər Xəzər dənizinin səviyyəsinin dəyişməsini proqnozlaşdıran model yaradıblar.Yəni, ən pis halda isə dənizin səviyyəsi 18 metr enəcək və Xəzər dənizi sahəsinin üçdə birindən çoxunu itirəcək.
Alimlər bildirirlər ki, Xəzər dənizi kimi su hövzələrinin səviyyəsi bir tərəfdən yağış və axıntı, digər tərəfdən isə göl səthindəki buxarlanma arasındakı həssas tarazlıqla müəyyən edilir: “Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsini buxarlanmanın artması və qışda dəniz buzunun yoxa çıxması ilə izah edirlər. Bu proses Aralıq dənizi-Orta Asiya regionunda quraqlığın artması ilə əlaqələndirilir”.
Tədqiqat işinin müəllifləri suyun səviyyəsinin aşağı enməsi nəticəsində kəskinləşəcək problemləri də müəyyənləşdiriblər: “Bu, Xəzərin özünəməxsus ekosisteminə, köçəri quşlar, beluqa və Xəzərin şimalındakı buz üzərində yaşayan endemik Xəzər suitilərinə təsir edəcək”.
Alimlərin fikrinə görə, dənizin və ya ona tökülən çayların sahillərində yaşayan milyonlarla insan son dərəcə xoşagəlməz nəticələrlə üzləşəcəklər.
AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyevin 2021-ci il üçün mətbuata verdiyi açıqlamasında Xəzər dənizi dünya okeanı ilə birbaşa əlaqəsi olmayan, ondan təcrid edilmiş dəniz olduğundan səviyyəsinin mütəmadi dəyişməsi, yəni enib-qalxması təbii bir haldır: "Dənizin səviyyəsi üzərində ilk instrumental müşahidələr 1837-ci ildən Bakıda aparılmağa başlanılıb. Çoxillik müşahidələr göstərir ki, bu son 177 il ərzində dənizin səviyyəsi 3 dəfə kəskin surətdə dəyişib. 1929-1977-ci illərdə 3 metr aşağı düşüb, 1978-1995-ci illərdə 2,5 metr qalxıb və 1996-cı ildən başlayaraq bu günə qədər dənizin səviyyəsində yenidən enmə müşahidə edilir və enmə 1,5 metr təşkil edir. Hal-hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -28,05 metr mütləq hündürlükdədir. İnstrumental müşahidə müddətində ən böyük dəyişkənlik səviyyəsi 1862-ci ildə (-24 m) qeydə alınıb və dəyişmə amplitudu 4 m təşkil edib".
Araşdırmamızın nəticəsi olaraq bu qənaətə gəlirik ki, bəşəriyyətin aclıq, kasıblıq, pandemiya və xəstəliklər, müharibə, təbii fəlakətlər (zəlzələ, daşqın, yer sürüşməsi, tufan-qasırğa) probleminin üstünə birdə su qıtlığı- quraqlıq problemi əlavə olunmaqdadır. 


Allah xalqımızı qorusun!


 Əntiqə Rəşid 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK