adalet.az header logo
  • Bakı -°C
22 Mart 2026 20:09
80
DÜNYA
A- A+

İstanbulda BİNA ÇÖKDÜ: dağıntıların altından bir nəfərin meyiti çıxarıldı - YENİLƏNİB

Dağıntılar altında qalan bir nəfərin meyiti çıxarılıb. 

Adalet.az xəbər verir ki, İstanbulda uçan binalarla bağlı xilasetmə əməliyyatları zamanı dağıntılar altından çıxarılan 10 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir

***
16:08

İstanbul valisi Davut Gül İstanbulda iki binanın çökməsi ilə bağlı açıqlama verib.

Adalet.az xəbər verir ki, vali ilkin mərhələdə hadisənin təbii qazdan qaynaqlandığının ehtimal edildiyini bildirib.

O qeyd edon ki, partlayış nəticəsində yanaşı yerləşən - biri iki mərtəbəli, digəri birmərtəbəli iki evdə çökmə meydana gəlib:

"İlkin müəyyənləşdirməyə görə, uçqun altında ümumilikdə 9 nəfər qalıb. Rayon rəhbərimizin koordinasiyası və aidiyyəti qurumların əməkdaşlığı ilə xilasetmə işlərinə başlanılıb. İndiyə qədər 7 nəfər xəstəxanaya göndərilib. Bir nəfər dağıntılar altında tapılıb və onun az sonra çıxarılması gözlənilir. Digər vətəndaşımızın da tapılması və xilas edilməsi üçün işlər davam edir”.

Vali bütün bunların ilkin məlumat olduğunu, yenilənəcəyi təqdirdə ictimaiyyətin məlumatlandırılacağını deyib. O, axtarış-xilasetmə işlərinin çətin şəraitdə və dar bir ərazidə davam etdiyini, bu səbəbdən əraziyə yaxın gedilməsinə icazə verilmədiyini bildirib.

***

15:01

Türkiyənin İstanbul şəhərində çökən binaların sayı 3-ə çatıb. İlkin məlumata görə beş nəfər dağıntılar altında qalıb, onlardan dördü xilas edilərək xəstəxanaya aparılıb.

Adalet.az xəbər verir ki, hadisə şəhərin Fatih rayonunda baş verib.

İstanbul Valiliyindən verilən məlumata görə, hadisənin yerli vaxtla saat 12:00 radələrində binalardan birində təbii qaz səbəbindən baş verən partlayış nəticəsində meydana gəldiyi ehtimal edilir.

Hazırda bölgədəki ətraf binalarda sakinlər təxliyə edilir.  Axtarış-xilasetmə işləri davam edir.

***

14:00

Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda bina çöküb.

Adalet.az xəbər verir ki, hazırda dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir.

Bir nəfər yaralı xilas edilib.