“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz...”
“Qlobal pul həftəsinin sonunda pul haqqında cəmiyyətdə "qənaətlə varlanmaq olur" kimi yanlış düşüncələr haqqında. Varlanma xərcləri sıxmaqla yox, gəliri artırmaqla mümkündür. Məhdud qazancı olan insan nə qədər qənaət etsə də, bu onu sadəcə daha ehtiyatlı edir, varlı etmir”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, eyni məntiq həm insan, həm də dövlət səviyyəsində keçərlidir:
“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz. Əsas məsələ yeni imkanlar yaratmaq, dəyəri artırmaq və bunu davamlı gəlirə çevirməkdir. Bir az da bəsit izah edilərsə,.. gündəlik həyatda da bunu görmək olur. Bir insan dostları ilə oturanda kiçik bir hesabı ödəməkdən yayınaraq qənaət etdiyini düşünürsə, əslində daha böyük imkanları itirir. Çünki pul təkcə xərclənmir, həm də etimada, əlaqəyə və gələcək fürsətlərə çevrilir. Məsələn, hər ay 200-300 manat qənaət edib, pul yığan adam 5 il bunu yığarsa vur-tut 30 min toplaya bilər. İnfilyasiyanı da nəzərə alsaq, bu pulla varlı olmaq olmaz. Amma həmin vəsaiti hər ay doğru yönəldərsə 5 ildə daha böyük nəticələr əldə edə bilər. Əlqərəz, sadə məntiq budur. Dəyər yaradırsan, gəlir əldə edirsən, onu yenidən istifadə edib daha böyük dəyərə çevirirsən. Qənaət sabitlik yaradır, amma varlanmaq üçün əsas olan qazanmaq və pulu işlətməkdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 10:21
“Brent” ucuzlaşdı
23 Mart 2026 09:19
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
22 Mart 2026 13:01
“İndi şəffaf, aydın, müqayisə oluna bilən, rahat hesablanan bir sxem qururlar”
21 Mart 2026 12:48
“Əmək haqqı sisteminin təkmilləşdirilməsinin bir neçə səbəbləri var”
21 Mart 2026 00:16
İtaliya Azərbaycanla əlavə qaz tədarükü ilə bağlı danışıqlar aparır
20 Mart 2026 12:05
Son əmək haqqı artımları kimlərə şamil ediləcək?
20 Mart 2026 09:43


Bakı -°C

