“İndi şəffaf, aydın, müqayisə oluna bilən, rahat hesablanan bir sxem qururlar”
Dövlət sektorunda əmək haqqı sisteminin təkmilləşdirilməsində əsas məqsəd vahid və sistemli yanaşmanı həyata keçirməkdir. Bildiyimiz kimi, Prezident İlham Əliyev bununla bağlı bir neçə fərman imzalayıb. Bildirilir ki, bu, dövlət qurumlarında şəffaflığın daha da yüksəlməsinə və qərarların qəbulunda çevikliyin artmasına gətirib çıxaracaq.
İqtisadçı Xalid Kərimli mövzuyla bağlı Adalet.az-a bunları deyib:
“Bu, şəffaflığı artırır, hesablamaları rahatlaşdırır, müqayisəliyi yaxşılaşdırır. Bu baxımdan sadələşdirilir, büdcə planlaşdırması daha rahat şəkildə həyata keçirilir. Yəni faktiki olaraq mürəkkəb əlavələri sadələşdirirlər və daha sadə şəkildə, şəffaf, aydın, müqayisə oluna bilən və daha rahat hesablanan bir sxem qururlar”.
İqtisadçı bildirib ki, bəzən əlavələrin bir çoxu fəaliyyətə görə verilirdi:
“İki pay göstəricisinə, preformansa görə verilirdi. İndi o hissə zəifləyə bilər. Çünki standart maaşa çevriləndə əlavə həvəs, səyi aşağı sala bilər. Amma ümumilikdə pozitivdir, şəffafdır. Sistemi rahat və sadələşdirirlər. Bir də mümkündür ki, stabil olaraq əmək haqqı olanda pensiya fonduna da daha stabil ödəmələr gedəcək. Bu, işçinin özü üçün də daha maraqlıdır ki, pensiya fonduna daha çox vəsait yığışacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
21 Mart 2026 12:48
“Əmək haqqı sisteminin təkmilləşdirilməsinin bir neçə səbəbləri var”
21 Mart 2026 00:16
İtaliya Azərbaycanla əlavə qaz tədarükü ilə bağlı danışıqlar aparır
20 Mart 2026 12:05
Son əmək haqqı artımları kimlərə şamil ediləcək?
20 Mart 2026 09:43


Bakı -°C

