adalet.az header logo
  • Bakı -°C
23 Mart 2026 17:31
79
DÜNYA
A- A+

İran Trampı "yalançı" çıxartdı

ABŞ-İsrail müharibəsi fonunda Tehran və Vaşinqton arasında hər hansı danışıqlar aparılmayıb.

Adalet.az xəbər verir ki, bu barədə "Tasnim" yazıb. 

Qeyd olunur ki, İran ABŞ Prezidenti Donald Trampın sözügedən açıqlamalarını qətiyyətlə rədd edir. 

"Tasnim"ə danışan İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi, Trampın İranın kritik infrastruktura hücumlarla bağlı etibarlı hərbi təhdidləri qarşısında geri çəkildiyini söyləyib. 

Mənbə maliyyə bazarlarından təzyiqlərin və ABŞ və Qərb daxilində istiqrazlara təhdidlərin artdığını izah edərək, bunu Trampın geri çəkilməsinin digər əhəmiyyətli bir amili kimi xarakterizə edib.

Qeyd edək ki, bundan əvvəl Tramp bildirmişdi ki, ABŞ və İran son iki gündə "Yaxın Şərqdəki hərbi əməliyyatlarımızın tam və hərtərəfli həlli" ilə bağlı "çox yaxşı və məhsuldar danışıqlar" aparıblar.