adalet.az header logo
  • Bakı -°C
20 Mart 2026 18:57
82
MƏMLƏKƏT
A- A+

Azərbaycana yaz gəldi

Azərbaycana yaz fəsli daxil olub.

Adalet.az Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, bu il yaz fəsli Azərbaycana 20 mart saat 18:46-da daxil olub.

Yaz bərabərliyi günü Günəş şüaları ekvatora düz bucaq altında düşür və gecə-gündüz bütün enliklərdə təxminən 12 saat olur. Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və Şimalda yaz, Cənubda isə payız fəsli başlayır.