“İranın hakimiyyət sistemi ABŞ və İsrail tərəfindən ələ keçirilib”
“1979-cu ildə İran rejimini quranların əsas hədəfi Fələstin mücadiləsinə köklənmiş, birləşməkdə olan ərəb müsəlman dövlətlərini parçalamaq idi. İran Fələstin mübarizəsinin sükanını sünni - ərəb aləminin əlindən almalı, passiv mahiyyətdə İsrailə fayda gətirəcək istiqamətə aparmalı idi. Əks halda Əlcəzairdə milyonlarla müsəlmana qarşı genosid törətmiş Fransanın təyyarəsi ilə gəlib İranda İslam quruluşu qurmaq olmazdı. Buna söz verildi və yerinə yetirildi”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib.
Onun sözlərinə görə, bir neçə məğlubiyyətdən sonra toparlanıb Fələstin dövlətinin qurulmasına nail olmaq üçün İraq liderliyində hərəkətə keçmək üzrə olan ərəbləri dayandırmaq naminə İranda inqilabın əsl lideri türk Şəriətmədarini kənara itələyib fars Xomeynini gətirdilər:
“Dərhal İraqla ziddiyyətə salıb savaş başlatdılar. Fələstin davasının liderliyi üstündə ərəblərlə arada nifaq saldılar. İsrail və ABŞ-nin planlarına uyğun olaraq İran İsraillə sərhəd ölkələrdə silahlı qruplar yaradaraq İsrailin daha da silahlanmasına, təhlükəsizlik bəhanəsi ilə hətta nüvə silahına sahib olmasına imkan yaratdılar.8 illik İran - İraq müharibəsinin töhfəsi 1 milyon müsəlmanın ölümü və 3 milyon müsəlmanın da şikəst olması oldu. O dövrdə ABŞ və İsrail İranı dəstəkləyir, silah-sursatla təmin edirdi. Hətta İsrail Səddamın nüvə obyektlərinə zərbə endirirdi. Yəni, Fələstin mücadiləsini o dövrdə İranın əli ilə parçaladılar. İrana verilən rol bu idi: müsəlman aləmini parçalamaq; sünni aləmi ilə daima mübarizədə olmaq, məzhəb ixtilaflarını daima aktual saxlamaq; rejimin guya müsəlman olduğu görüntüsü yaratmaq üçün Fələstin uğrunda mübariz kimi görünmək; İraq, Suriya, Livan və Fələstində silahlı qrupları maliyyələşdirib İsrailə lazım olan vaxtda onları hərəkətə keçirmək, təxribat yaratmaq”.
T.İrfan bildirib ki, İsrail də həmin təşkilatların hücumu və təhdidi qarşısında silahlanmalı, bufer zona adı ilə qonşu ölkələrin ərazilərini tədricən ələ keçirməli idi:
“Necə ki, Həmasın İsrailə son hücumundan doğan böyük müharibədə 70 min müsəlman öldü. İsrail buna məhz İranın rolu ilə nail oldu.ABŞ Əfqanıstanı, İraqı işğal edəndə İran kifayət qədər dəstək verdi. Mümkün olduğu qədər ərəb, türk, müsəlman ölkələri ilə münasibətləri gərgin saxladı. Hər zaman İsrailin maraqlarını üstün tutdu. İndi də bu rejim daha fərqli vəzifəni üstlənmək üçün İsrail və ABŞ-nin təqdim etdiyi rolu oynayır. Bir neçə aydan sonra həlak olduğu deyilən liderlərin, generalların Pensilvaniyadan fotosu yayılsa onu süni intellekt hesab etməyin. İranda indiyəcən gedən bütün proseslərdə, seçkilərdə İsrail və ABŞ-nin əhəmiyyətli rolu var.1979-cu ildən sonra artıq İran İsrailə dostluqla bir şey verə bilməzdi, yalnız "düşmənçilik"lə töhfə verə bilərdi.İran şahı Məhəmməd Rza Pəhləvinin dövründə fəaliyyət göstərən kəşfiyyat sistemi SAVAK (Sazman-e Ettela'at va Amniyat-e Keshvar) ilə İsrailin kəşfiyyat xidməti Mossad arasında çox sıx və strateji əlaqələr mövcud olub. Bu əməkdaşlıq əsasən 1950-ci illərin sonundan 1979-cu il İslam İnqilabına qədər rəsmən, sonra isə gizli şəkildə davam edib. İraq - İran savaşında İsrailin İrana 3 milyard dollardan artıq dəyərdə sursat satması kimi mübadilələr məlumdur ki, gizli xidmətlərin iştirakı olmadan mümkün olmur. SAVAK 1957-ci ildə MKİ (CIA) və Mossad-ın birbaşa köməyi ilə yaradılmışdı. İsrail mütəxəssisləri SAVAK əməkdaşlarına kəşfiyyat toplama, sorğu-sual metodları və əks-kəşfiyyat sahəsində peşəkar təlimlər keçmişdi.İsrailin o dövrdəki "Periferiya Doktrinası"na əsasən, ərəb ölkələri ilə əhatə olunmuş İsrail özünə qeyri-ərəb müttəfiqlər (İran, Türkiyə, Efiopiya) axtarırdı. Şah rejimi də bölgədəki radikal ərəb millətçiliyinə (xüsusilə Misir prezidenti Camal Əbdünnasirə) qarşı İsraillə gizli əməkdaşlığı strateji maraqlarına uyğun hesab edirdi. Hər iki qurum bölgədəki hərbi hərəkətlilik, Sovet İttifaqının Yaxın Şərqdəki fəaliyyəti və ərəb ölkələrinin planları barədə mütəmadi olaraq məlumat paylaşırdılar”.
O, deyib ki, 1979-cu il inqilabından sonra bu əlaqələr rəsmən kəsilmiş, SAVAK ləğv edilmiş və İran İsraili özünün ən böyük düşmənlərindən biri elan etmişdi:
“Ancaq reallıq, gedən proseslər göstərir ki, Mossad əli ilə qurulan İran kəşfiyyat sistemi sonralar molla rejimi ilə də sıx əlaqədar olub. Təbii ki, İsrail özü qurmuş olduğu kəşfiyyat sistemini bütün sirləri, əlaltıları, agentləri ilə birlikdə İranın molla rejiminə peşkəş edib çıxmayıb. O dövrdən bəri Mossad İran kəşfiyyat sisteminin düz mərkəzində qərar tutub. Eks Prezident Əhmədnejat özü etiraf etmişdi ki, İsrail casusları ilə mübarizə idarəsinə rəhbər təyin etdiyi şəxsin özünün də Mossad agenti olduğu ortaya çıxmışdı.Generalitetin birbaşa İranın özündən, evinin pəncərəsindən vurulması, bütün liderlərin hərəkət marşrutunun dəqiq məlum olması və bir çox siyasi proseslərin istiqaməti İranın İsrail tərəfindən idarə olunduğunu göstərir. Qonşu ölkələrə, Türkiyə və Omana raket və dron atılması Prezident Pezeşkiyan və hətta yeni ali dini lider tərəfindən də təkzib edildi, and - aman edildi ki, biz atmamışıq. Həm raket atmaq əmri vermədiklərini demələri, həm də atanın kimliyini "bilməmələri" dolayı yolla hakimiyyəti Mossadla şərikli idarə etdiklərinin etirafıdır. Demək olar ki, bütün İran siyasi hakimiyyət elitasının övladlarının Avropada və ABŞ-da təhlükəsiz şəkildə yaşaması, təhsil alması, çalışması da bu gizli əlaqələrin dərinliyini göstərir. İranın hakimiyyət sistemi demək olar ki, ABŞ və İsrail tərəfindən ələ keçirilib hazırki dünya düzənini dəyişmə istiqamətində alət, çəkic kimi istifadə olunur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Mart 2026 10:51
“Ermənilər düzgün seçim etməli, revanşistlərə qətiyyətlə yox deməlidir...”
22 Mart 2026 10:32
“Müharibənin davamı bölgədə yeni qaçqın axınına səbəb olacaq”
21 Mart 2026 10:29
“Yaponiya təkbaşına Çinin artan gücü ilə bacarmayacaq...”
20 Mart 2026 13:26
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə etdi
20 Mart 2026 12:20
İlham Əliyev və Şahbaz Şərif telefonla danışdı
19 Mart 2026 17:46
Hikmət Hacıyev siyasi direktorlar ilə fikir mübadiləsi apardı
19 Mart 2026 17:09
İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
19 Mart 2026 13:00


Bakı -°C

