adalet.az header logo
  • Bakı -°C
23 Mart 2026 16:33
74
DÜNYA
A- A+

"Bu, onların çarəsizliyidir" - Pezeşkian

İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın son açıqlamalarına cavab olaraq bildirib ki, bu, İran xalqının sarsılmaz qətiyyəti qarşısında çarəsizlik və acizlik hissini ifadə edir.

Adalet.az xəbər verir ki, Pezeşkian bu barədə "X" hesabında yazıb.

O, paylaşımda bildirib ki, bu cür düşmən təhdidləri yalnız ictimaiyyəti daha da birləşdirməyə xidmət edir.  İran lideri, həmçinin Hörmüz boğazının İrana qarşı aqressiv hərəkət edən ölkələr istisna olmaqla, bütün ölkələr üçün əlçatan olduğunu bildirib. 

Pezeşkian son olaraq qeyd edib ki, İran istənilən bəyanat və təhdidlərə, o cümlədən, təxribata döyüş meydanında güclü cavab verəcək.