adalet.az header logo
  • Bakı -°C
23 Mart 2026 15:24
70
ƏDƏBİYYAT
A- A+

De,necə olacaq sonu Dünyanın?

Yaxşılıq edib,yamanlıq görürəm,

Bir sevinc əkib,min kədər dərirəm.

Dərib,sonra da qəlbimə sərirəm.

De,necə olacaq sonu Dünyanın?

******

Dar gündə dostlarda düşmən olurlar,

Çalışıb insanı tora salırlar.

Dönüb yabancıya məni çalırlar.

De,necə olacaq sonu Dünyanın?

******

Həqiqət axtarıram hər an dünyada,

Kaş heç kəs bir-birin salmaya oda.

Dar gündə qohum da salmayır yada.

De,necə olacaq sonu Dünyanın?

******

Dar gündə mən kömək gözlədim dostdan,

Lazım olduğunu bildirdim qəsdən.

Bir kömək görmədim,düşdüm həvəsdən.

De,necə olacaq sonu Dünyanın?

******

Etibarlı olsun insanlar gərək,

Baxıb vəfasına biz deyək,gülək.

Haqsızlıq əlindən ağlasa külək,

De,necə olacaq sonu Dünyanın?

******

Qoyma ki,paxıllıq içinə çökə,

Qoyma ki,şeytanlar qəlbə qəm əkə.

Çıxıb cızığından danışsan yekə,

De,necə olacaq sonu Dünyanın?

******

Məsləhət görürəm,biz sadə olaq,

Sadəlik içində biz yaşa dolaq.

Bizim kinimizdən tökülsə yarpaq,

De,necə olacaq sonu Dünyanın?

******

Sən öz qismətinə geciksən əgər,

Bunun acısını ürəyin çəkər.

Həyatın olacaq betərdən-betər.

De,necə olacaq sonu Dünyanın?

******

Şair deyər:uyma vara-dövlətə,

Uyma bu dünyada şana-şöhrətə.

Sən razı olmasan çıxan qismətə,

De,necə olacaq sonu Dünyanın?

******

Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.