SON DƏQİQƏ:

Ülvi Mehdiyev Yavuz Emir Beyribeyinlə görüşdü - FOTO

  11600   |  
Şriftin ölçüsü  

10 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədr müavini Yavuz Emir Beyribeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Adalet.az xəbər verir ki, Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) baş tutan görüşdə Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” mərkəzlərinin və Elektron Hökumətin İnkişafı Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verib.

O bildirib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bundan başqa “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırıb.

Görüşdə, həmçinin 25 fevral 2020-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülmüş işlər və həyata keçirilməsi planlaşdırılan layihələr ilə əlaqədar müzakirələr aparılıb.

Qonaqlar “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olublar.

Sonda xatirə hədiyyələri təqdim olunub.
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK