Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
Mayami 2022-ci ildə "Formula 1" dünya çempionatına ev sahibliyi edəcək.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat verib.
Qran Prinin Mayamidə keçirilməsi üçün müqavilə 10 il müddətinə bağlanılıb. 2022-ci ildəki yarışlar mərkəzi "Hard Rock Stadium" olacaq şəhər dairəsində baş tutacaq.