Ödənişli hərəkət zonalarından toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Avtomobillərin Bakıda ödənişli hərəkət zonalarına daxil olmasına görə toplanan haqq dövlət büdcəsinə ödəniləcək.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Avtomobil yolları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək, həmin haqq dövlət büdcəsinə ödəniləcək.
Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə subsidiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Digər Xəbərlər
18 Noyabr 2026 14:05
Sabah yağış yağacaq, qara keçəcək - Proqnoz
18 Noyabr 2026 12:21
Azərbaycanda 32 məktəb və bağçada istilik yoxdur
18 Noyabr 2026 12:02
Onlayn ticarətə dair yeni prosedur müəyyənləşir
18 Noyabr 2026 11:51
Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir
18 Noyabr 2026 11:50
Hotel və sanatoriyalar üçün böyük vergi güzəşti
18 Noyabr 2026 11:48
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək
18 Noyabr 2026 10:50
“Tarixən qadınların ailə iqtisadiyyatında, uşaqların tərbiyəsində...”
18 Noyabr 2026 10:10


Bakı -°C

