adalet.az header logo
  • Bakı -°C
16 Noyabr 2026 13:41
75
MƏDƏNİYYƏT
A- A+

Əməkdar artist: “Düşünmədən bu təklifi qəbul edərdim”

“Arzular sonsuzdur. Bir insan yaradıcıdırsa, əlbəttə , onun arzuları daha çoxdur. Ancaq arzuların da ölçüsü var axı. Böyük arzular, kiçik arzular… Ən böyük arzumu isə dilə gətirmək istəmirəm. Çünki  bir inancım var ki, arzuları dilə gətirəndə çin olmur”.

Bu sözləri Adalet.az-q açıqlamasında Əməkdar artist Səbinə Hacıyeva  deyib. Aktrisa  ifa etmək arzusunda olduğu  obrazlardan danışıb:

“Yaradıcılığımla bağlı arzularım tükənməzdir. Axı yaradıcı bir  insan niyə fəaliyyətində yenilik düşünməsin. Səhnədə olduqca  maraqlı, məsuliyyət tələb edən obrazlar canlandırmışam. Ancaq teatr səhnəsi üçün iki  obrazın arzusundayam- “Karmen” və “Marqarita”.  Amma bu əsərlər o qədər zəhmət  və diqqət tələb edən əsərlərdir ki, təkcə o rolu ifa etmək yox, hətta həmin tamaşanın  quruluşçu rejissoru olmaq istəyərəm. Mən həmin obrazlarda qadın xəttini daha fərqli formada görürəm. Düşünürəm ki, kimsə onu etməsə, o əsər tamaşada tam görünə bilməz. 

Çox arzulayardım ki, teatr fəaliyyətimdə aktrisa ki, bu iki obraz da yer alsın. Möhtəşəm obrazlardır. Hər bir  aktyor öz poetensialını bilir. Mən özümə əminəm. Bilirəm ki, bu tamaşaları mükəmməl yarada bilərəm. 

Kinoda isə daha çox tarixi qadın obrazlarını sevirəm. Düşünürəm ki,  vizual olaraq  həmin obrazları tamamlayıram. Döyüşçü qadın obrazların çox sevirəm. Məsələn,  “Tomris”i məmnuniyyətlə yaradardım.  Cəsur döyüşçü qadınları görmək insana zövq verir.  Özümü kinoda “Tomris” kimi təsəvvür etmək belə çox gözəldir. 
Və yaradıcılıq arzularıma nağıllar da daxildir. Əgər nağılların motivləri əsasında  filmlər çəkilsəydi və mənə obraz təklif olunsaydı, heç düşünmədən bu təklifi qəbul edərdim. Ancaq xarakterik obraz olmasını istəyərəm. Ən çox sevdiyim nağıl qəhrəmanı isə “Küpəgirən qarı”dır.

Bir aktrisa kimi çox  arzulayardım ki, həm tarixi kinolar, həm də nağıllardan ibarət filmlərimiz daha çox olsun. Düşünürəm ki, bu mövzuda çəkilmiş filmlər tamaşaçını daha çox maarifləndirir”.

Əntiqə Kərimzadə