Paşinyan: TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılmalıdır
Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsi çərçivəsində tikiləcək dəmir yolunun Azərbaycan dəmir yolu şəbəkəsinə birləşdirilməsinin texniki parametrlərin Bakı ilə razılaşdırılmasını zəruri etdiyini bildirib.
Adalet.az xəbər verir ki, Nikol Paşinyan bu barədə Ermənistan parlamentində hökumət saatı çərçivəsində deputat Marianna Qahramanyanın sualını cavablandırarkən danışıb.
Baş nazir bildirib ki, Ermənistan ərazisində inşa ediləcək dəmir yolu Azərbaycan dəmir yolu ilə birləşdirilməlidir və buna görə də layihənin texniki məsələləri iki ölkə arasında razılaşdırılmalıdır.
“Bir incə məqam var: başa düşürsünüzmü, dəmir yolu gedir və başqa bir dəmir yoluna birləşməlidir”, – Paşinyan deyib.
O əlavə edib ki, məhz bu məsələlərin müzakirəsi üçün üçtərəfli işçi qup yaradılıb.
“Biz hesab edirik ki, bizim dəmir yolumuz Azərbaycanın dəmir yoluna birləşməlidir və bu məsələlər, texniki parametrlər, bəli, fəal şəkildə razılaşdırılmalıdır. Üçtərəfli işçi qrupunun yaradılmasının səbəbi də budur”, – Ermənistanın Baş naziri vurğulayıb.
Paşinyanın sözlərinə görə, Ermənistan, ABŞ və Azərbaycan noyabrın 7-də nəqliyyat və elektrik enerjisinin ötürülməsi istiqamətləri üzrə ilk iki texniki planlaşdırma qrupunun fəaliyyətə başlaması barədə razılığa gəliblər. Bu qrupların işi regional digər infrastrukturlarla əlaqələndirmə məsələlərini də əhatə edir.
Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında TRIPP-in giriş və çıxış hissələrinin Azərbaycan ərazisində olduğunu, əsas texniki parametrlərin Bakı ilə razılaşdırılmasının vacibliyini vurğulayıb.
Digər Xəbərlər
18 Noyabr 2026 17:36
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
18 Noyabr 2026 16:43
Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı
18 Noyabr 2026 16:39
Şuşada “İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi keçirilir
18 Noyabr 2026 16:26
Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər
18 Noyabr 2026 16:15
İlham Əliyev onları təbrik etdi - YENİLƏNİB
18 Noyabr 2026 14:30
Fuad Muradovun müavinlərinin sayı artırıldı - FƏRMAN
18 Noyabr 2026 12:33
"Dövlətin aqrar sahədə siyasəti ilə bağlı yanlış təsəvvür yaranmamalıdır" - Komitə sədri
18 Noyabr 2026 12:22


Bakı -°C

