Azərbaycanda 32 məktəb və bağçada istilik yoxdur
Noyabrın 15-dən etibarən ölkə üzrə istilik mövsümünə başlanılması ilə əlaqədar təhsil müəssisələrinin hazırlığı istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
MÜTDA-dan Adalet.az-a verilən xəbərə görə, hazırlıq işləri çərçivəsində təhsil müəssisələrinin istilik sistemlərinin mövcud vəziyyəti araşdırılıb, müvafiq qurumlarla birgə qazanxana və istilik sistemlərinin texniki sazlığı yoxlanılıb. Aşkar edilən və yarana biləcək nasazlıqların aradan qaldırılması istiqamətində zəruri addımlar atılıb.
Bildirilib ki, hazırda 214 məktəb, 151 məktəbəqədər təhsil müəssisəsində istilik təminatı mərkəzləşdirilmiş şəkildə təşkil olunur. Odun yanacağından istifadə edən bütün təhsil müəssisələrində pellet yanacağına keçid təmin edilib, ümumilikdə 1438 müəssisə üçün 9209 pellet sobası təchiz olunub.
Qeyd edilib ki, 176 təhsil müəssisəsində qazlaşdırma işlərinə başlanılıb. Onlardan 144-də işlər tamamlanıb, 32 müəssisədə isə davam etdirilir. Qazlaşdırılma prosesi yekunlaşmayan 32 müəssisədə alternativ istilik təmin edən avadanlıqlar vasitəsilə istilik təmin edilməkdədir.
“Bununla yanaşı, cari ildə 743 təhsil müəssisəsində istilik sisteminin təmiri həyata keçirilib.
İstilik mövsümü ərzində gündəlik əsasda yarana biləcək texniki problemlərin operativ həlli, təhsil müəssisələrininin mövcud istilik sistemlərindəki nasazlıqların aradan qaldırılması məqsədilə regionlarda aidiyyəti qurumlarla birlikdə xüsusi qruplar yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.
Təhsil müəssisələrində istilik təminatının dayanıqlı təşkili, mövcud çatışmazlıqların aradan qaldırılması və istilik mövsümü ərzində yarana biləcək problemlərə vaxtında müdaxilə edilməsi istiqamətində tədbirlər mövsümboyu davam etdiriləcək”, - məlumatda deyilir.
Digər Xəbərlər
18 Noyabr 2026 14:05
Sabah yağış yağacaq, qara keçəcək - Proqnoz
18 Noyabr 2026 12:03
Ödənişli hərəkət zonalarından toplanan haqq dövlət büdcəsinə ödəniləcək
18 Noyabr 2026 12:02
Onlayn ticarətə dair yeni prosedur müəyyənləşir
18 Noyabr 2026 11:51
Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir
18 Noyabr 2026 11:50
Hotel və sanatoriyalar üçün böyük vergi güzəşti
18 Noyabr 2026 11:48
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək
18 Noyabr 2026 10:50
“Tarixən qadınların ailə iqtisadiyyatında, uşaqların tərbiyəsində...”
18 Noyabr 2026 10:10


Bakı -°C

