Nakam ömürlü “Səkinə ana”
Ümumiyyətlə, insan ömrünün mənası, çəkisi, dəyəri illərlə yox, onun nə yaşadığı və necə yaşamağı ilə ölçülür.
Bəzən ömrün mənası insanın yaşamının bir anı ilə ifadə olunur. Bu an sevincli məqam da ola bilər, kədərli məqam da. Yetər ki, həmin anın içində məna olsun.
Ömrünün cavan çağında ahıl ana obrazı ilə yaddaşlarda qalan aktrisa Leyla Rzayeva da qısa ömrünə böyük məna sığdıra bildi.
Biz onu “Böyük dayaq” filmindən Səkinə ana kimi tanıyırıq. Həmin obrazla sevilən aktrisa bir-birindən gözəl obraz yaratsa da, tamaşaçılar onu məhz “Səkinə ana” kimi sevmişdilər.
Uşaqlıq illəri müharibə dövrünə təsadüf edən Leyla Rzayeva orta məktəbi başa vurandan sonra Azərbaycan Teatr İnstitutuna daxil olub. Burada o, Xalq artisti, rejissor Mehdi Məmmədovun sinfində təhsil alır. Təhsilini başa vurduqdan sonra Akademik Milli Dram Teatrına d əvəvt olunur. Orada səhnə fəaliyyətinə başlayıb. Aktrisa ömrünün sonuna kimi həmin teatrda fəaliyyət göstərib. Səhnə aktrisa ikinci evinə çevrilir. O, həmin səhnədə bir- birindən gözəl obrazlarla tamaşaçıların qarşısına çıxır.
Teatrda fəaliyyəti ilə yanaşı aktrisanın kino fəaliyyəti də diqqətdə kənarda qalmır. O, 959-cu ildə “Əsl dost”, 1960-cı ildə “Aygün” və “Səhər”, 1962-ci ildə “Böyük dayaq”, 1963-cü ildə “Əhməd haradadır?” və b. filmlərə çəkilib. Aktrisa “Böyük dayaq” filminə həmin filmdə Rüstəm kişi obrazını canlandıran xalq artisti Əsələgər Ələkbərovun dəvəti ilə gəlir. Yaşının və təcrübəsinin az olmağına baxmayaraq, müdrik ana obrazını məharətlə ifa edir. O, “Səkinə ana” obrazı ilə Azərbaycan qadının necə əxlaqlı, mədəniyyətli, müdrik, düşüncəli, ailəcanlı olduğunu bu vasitə ilə sübut edir.
Aktrisa kimi sevilsə də qadın kimi heç də xoşbəxt olmayan aktrisa iki dəfə ailə həyatı qurur. Birinci nigahından 3 övladı dünyaya gəlir — Məsumə, Xanlar və Qəmər. İkinci nigahından isə Əziz adlı oğlu olur. Aktrisanın dörd övladının ikisi – Məsumə və Xanlar dünyasını dəyişib.
İlk nigahdan olan qızı Qəmər məşhur müğənni, Xalq artisti Elxan Əhədzadənin həyat yoldaşı olub. Onların bu nigahdan Əhəd adlı övladları olur. Elxan Əhədzadənin ölümündən illər sonra oğlu Əhəd də dünyasını dəyişir.
Nəvəsi Sona Rzayeva müsahibələrinin birində deyir ki, demək olar ki, nənəsi Leyla Rzayeva haqda çox dah məlumatı yoxdur. Çünki aktirsa çox erkən dünyasını dəyişdiyi üçün övladları da onu yaxşı xatırlamır. Ancaq böyüklərindən eşitdiyinə görə, aktrisa canlandırdığı Səkinə ana obrazı kimi mülayim və mehriban insan imiş.
Ömrünün yaşayıb, yaratmaq çağında olan aktrisanı əcəl yaxalayır. Belə ki, o, 1970-ci ildə beyninə qan sızma nəticəsində 40 yaşında dünyasını dəyişir.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
10 Noyabr 2026 17:02
Aktyor Aslan Fətullayev vəfat etdi
10 Noyabr 2026 09:28
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
08 Noyabr 2026 11:33
Alyona Əliyeva "LAC" tamaşasını izlədi - FOTOLAR
07 Noyabr 2026 17:59
Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
06 Noyabr 2026 11:12
Türkiyəyə ABŞ-dən qaytarılan 100 mədəniyyət nümunəsi təqdim olundu - FOTOLAR
04 Noyabr 2026 22:32
Mehriban Əliyeva qızı və gəlini ilə simfonik şou izlədi - FOTOLAR
04 Noyabr 2026 11:43
Ana obrazları ilə sevilən aktrisa - Əntiqə Kərimzadə yazır…
03 Noyabr 2026 22:21


Bakı -°C

