Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir
Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir, 5 il müddətinə 90%-lik güzəşt mexanizmi olacaq.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, aqrar sahədə tədrici vergitutma mexanizmi formalaşdırılacaq və kənd təsərrüfatı sektorunda vergi güzəştləri təkmilləşdiriləcək. Layihəyə görə, gəlir və mənfəət vergisi üzrə aqrar sahədə uzun illər tətbiq olunan 100%-lik tam vergi azadolması ləğv ediləcək və onları 2027-ci il yanvarın 1-dən 5 il müddətinə 90%-lik güzəşt mexanizmi əvəz edəcək.
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin təsisçilərinin dividend gəlirlərinin vergi azadolmasının müddəti uzadılmayacaq. Beləliklə növbəti ildən belə dividend gəlirləri 5 faiz dərəcə ilə vergiyə cəlb ediləcək (ümumi azadolmalar nəzərə alınmaqla). Sadələşdirilmiş vergi üzrə tam vergi azadolması müəyyən edilmiş şərtlər daxilində 2027-ci il yanvarın 1-dən 5 il müddətinə saxlanılır. Güzəştdən istifadə ilə bağlı şərtlərə gəlincə, bu güzəştlər yalnız istehsalçıların Kənd Təsərrüfatı Nazirliyinin elektron informasiya sistemində (EKTİS platformasında) qeydiyyatda olduğu və həmin gəlirləri mənfəəti vergi bəyannaməsində bəyan etdiyi halda tətbiq olunacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Digər Xəbərlər
18 Noyabr 2026 14:05
Sabah yağış yağacaq, qara keçəcək - Proqnoz
18 Noyabr 2026 12:21
Azərbaycanda 32 məktəb və bağçada istilik yoxdur
18 Noyabr 2026 12:03
Ödənişli hərəkət zonalarından toplanan haqq dövlət büdcəsinə ödəniləcək
18 Noyabr 2026 12:02
Onlayn ticarətə dair yeni prosedur müəyyənləşir
18 Noyabr 2026 11:50
Hotel və sanatoriyalar üçün böyük vergi güzəşti
18 Noyabr 2026 11:48
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək
18 Noyabr 2026 10:50
“Tarixən qadınların ailə iqtisadiyyatında, uşaqların tərbiyəsində...”
18 Noyabr 2026 10:10


Bakı -°C

