adalet.az header logo
  • Bakı -°C
18 Noyabr 2026 12:45
114
DÜNYA
A- A+

Trampa sui-qəsd planına görə 27 il həbs cəzası aldı

ABŞ-də Pakistan vətəndaşı Asif Merçant prezident Donald Trampa qarşı sifarişli qətl təşkil etməyə cəhd etdiyinə görə 27 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Adalet.az  xəbər verir ki, bu barədə "İnterfaks" ABŞ Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

İttiham tərəfinin iddiasına görə, 48 yaşlı Merçant İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tapşırığı ilə hərəkət edib. Trampdan əlavə, onun mümkün hədəfləri arasında ABŞ-nin keçmiş prezidenti Co Bayden və ölkənin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli də olub.

Qeyd edək ki, Merçant 2026-cı ildə ehtimal olunan muzdlu qatillərə ilkin ödəniş etdikdən sonra saxlanılıb. Sonradan isə onun əlaqə saxladığı şəxslərin əslində ABŞ Federal Təhqiqat Bürosunun (FTB) məxfi əməkdaşları olduğu məlum olub.