adalet.az header logo
  • Bakı -°C
18 Noyabr 2026 17:06
77
MEDİA
A- A+

Mətbuat Şurasında komissiyaların tərkibi təsdiqləndi - FOTO

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Bu barədə Adalet.az-a MŞ-dən bildirilib.

Məlumata görə, MŞ sədri Vüqar Zifəroğlu iclasın gündəliyi barədə məlumat verib. O deyib ki, müzakirə olunan başlıca məsələ Şuranın komissiyalarının tərkibinin və fəaliyyət planlarının təsdiqidir. Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda əvvəlcə MŞ-nin Şikayətlər üzrə Komissiyasının tərkibi müəyyənləşdirilib. Bildirilib ki, Şuranın Nizamnaməsinə əsasən qurumun sədr müavinləri növbəlilik əsasında 2 il müddətinə bu komissiyaya rəhbərliyi həyata keçirirlər. Müzakirələrdən sonra Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin sədrliyi ilə Şikayətlər üzrə komissiyanın 9 nəfərlik tərkibi təsdiq olunub.

Sonra MŞ-nin Media etikası və hüquq komissiyasının (sədr Səadət Məmmədova), Beynəlxalq əlaqələr komissiyasının (sədr Orxan Amaşov),  Media ilə dövlət qurumları arasında kommunikasiya komissiyasının (sədr Elşad Eyvazlı), Media subyektləri ilə əlaqələr komissiyasının (sədr Vüqar Rəhimzadə), Sosial media istifadəçiləri ilə əlaqələr komissiyasının (sədr Hacıbəy Heydərli), Dil komissiyasının (sədr Seyfəddin Hüseynli), Media monitorinqi və analitika komissiyasının, Rəqəmsal texnologiya və süni intellekt komissiyasının, həmçinin qurumun nəznindəki Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin  (sədr Ayaz Mirzəyev) tərkibləri müəyyənləşdirilib, həmçinin onların fəaliyyət proqramları qəbul edilib.

İclasda MŞ İdarə Heyəti üzvlərinin Şuranın fəaliyyətinin daha da sistemləşdirilməsinə yönələn təklifləri də dinlənilib, bununla bağlı qurumun Katibliyinə müvafiq tapşırıqlar verilib.