adalet.az header logo
  • Bakı -°C
18 Noyabr 2026 11:10
102
ƏDƏBİYYAT
A- A+

“Bu ölkələri ağılla başa düşmək mümkün deyil...”

“Rasionallaşmanın pis tərəfi odur ki, hər şeyi ölçülə bilən edir. Bu da hər şeyin rahat oxunmasına yol açır. Bu gün İran, Rusiya kimi fəhmlə, absurd ideyalarla idarə olunan ölkələr rasional Qərbi rahat oxuya bilir. Çünki rasional praqmatizm Qərbdə hər şeyi ölçülə bilən hala salıb, orada fala baxmağa ehtiyac yoxdur. Qərb isə nə İranı, nə Rusiyanı rahat oxuya bilir”. 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

“Çünki bu ölkələrdə oxunması mümkün olan hər şey siyasi-ideloji bir magiya ilə örtürülüb. Rus şairinin Rusiya haqqında dediyi kimi, bu ölkələri ağılla başa düşmək mümkün deyil. İran səlahiyyətlisinin İsrailin uğurlu zərbələrinin günahını cinlərin boynuna yıxmasını ağıl dərk edə bilmir. Dərk edə bilmir ki, cin öz sahibinə necə xəyanət edə bilər? Ona görə də Rusiya Avropa üçün, Yaxın Şərq ABŞ üçün "Qordi düyünü"dür. Açmağa çalışdıqca, daha da dolaşıq düşür. Rusiya Ukrayna danışıqlarına gedib Finladiya məsələsini müzakirə edir və s.Nə etməli? Bizim üçün bu sualın cavabı ölkənin içindən daha çox çölü ilə bağlıdır”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN