adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Aprel 2021 10:10
31919
DÜNYA
A- A+

Zelenski: “Türkiyənin suverenliyimizin yenidən bərpa edilməsi mövzusundakı dəstəyi önəmlidir”

Bu gün müvəqqəti olaraq işğal edilən Donbas və Krımdakı hadisələri Türkiyə ilə bölüşdüm.

Bu sözləri Ukrayna lideri Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra birgə mətbuat konfransında çıxışı zamanı deyib.

“Türkiyənin suverenliyimizin yenidən təsis edilməsi mövzusunda dəstəyi önəmlidir. Ticarət həcminin artması, sərbəst ticarət anlaşmasının imzalanması olduqca vacibdir. Görüşdə təyyarə hazırlanması sahəsindəki əməkdaşlığımızı nəzərdən keçirdik. Müdafiə sənayesi Türkiyə ilə strateji əməkdaşlığımızın hərəkətverici qüvvəsidir”, - deyə V.Zelenski bildirib.