adalet.az header logo
  • Bakı -°C
02 Oktyabr 2026 11:52
58
MƏMLƏKƏT
A- A+

“Yaxşı olar ki, “manatlıq” taksi fəaliyyəti ilə məşğul olan insanlar...”

Xəbər verdiyimiz kimi, paytaxtın Moskva prospekti və metronun 20 Yanvar stansiyası yaxınlığında cəmləşən və “manatlıq” taksi kimi tanınan fəaliyyət göstərən avtomobillərin işinə qadağa qoyulub. Nəticədə isə vətəndaşlar ciddi problemlə üzləşiblər. Sumqayıt, Ceyranbatan, Saray, Xırdalan və Masazır istiqamətində yaşayan insanlar yollarda qalıblar.

Məsələylə bağlı Adalet.az-a danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, “manatlıq” taksilərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əsas məsələ onların alternativsiz qalması deyil.

Ekspert deyib ki, bu, xidmətin leqal, təhlükəsiz və keyfiyyətli formada təşkil edilməsidir:

“Əgər bu modelə tələb varsa, müəyyən edilmiş texniki və təhlükəsizlik standartlarına cavab verən avtomobillərin, lisenziyalı sürücülərin tətbiqi ilə bu xidmətin qanuni çərçivədə fəaliyyət göstərməsi mümkün ola bilər. Bu zaman daşımanın təhlükəsiz və keyfiyyət tələbinə uyğunluğu da təmin ediləcək. Ona görə də yaxşı olar ki, “manatlıq” taksi fəaliyyəti ilə məşğul olan insanlar öz işlərini leqallaşdırsınlar. Yəni müvafiq qurumdan icazə sənədi alsınlar və leqal fəaliyyət göstərsinlər”. 

Vasif ƏLİHÜSEYN