Əbülfət Mədətoğlu: VARMI
Fikir çözən varmı görən
Oturum, danışım çözsün!
Özümlə sükutdan səs dərən
Götürüm, danışım, çözsün!..
Bir an gözünü yum, gedim
Üyüdüm daşı, qum edim...
Son vərəqi də şum edim -
Ötürüm, danışım çözsün...
Xatırlayıb hər bir halı,
Çək çiynimdən bulud şalı!
Ümidlə bağlı sualı -
Bitirim, danışım çözsün...
Acı dadsa sözün məti
Demə başqa sözün nədi?!.
Bu şeirdə Əbülfəti -
İtirim, danışım ... çözsün!
Digər Xəbərlər
01 Oktyabr 2026 09:23
Cihangir İşbilir 44 günlük Zəfərin informasiya cəbhəsində Azərbaycan jurnalistlərinin rolundan yazıb
30 Sentyabr 2026 16:45
80 yaşlı çempion - Tərlanə Yaqubqızı yazır
30 Sentyabr 2026 15:46
Payızın ilk “Ulduz”u
29 Sentyabr 2026 13:55


Bakı -°C

