Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu
Ukraynada gedən döyüşlərdə daha bir soydaşımız həlak olub.
Adalet.az xəbər verir ki, uzun illər Ukraynanın Jovti Vodı şəhərində yaşayan Zaur Bəhram oğlu Həbibov cəbhədə həyatını itirib.
Z. Həbibov hələ 2014-cü ildə Antiterror Əməliyyatında (ATO) iştirak edərək Ukraynanı müdafiə etməyə başlayıb. 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibədən sonra həmin ilin iyun ayında yenidən xidmətə qayıdan soydaşımız cəbhədə döyüş tapşırıqlarını yerinə yetirməyə davam edib.
O, 2026-cı il sentyabrın 10-da Donetsk vilayətinin Drujkovka şəhəri yaxınlığında döyüş tapşırığını icra edərkən itkin düşüb. Bir neçə gün öncə Zaur Həbibovun həlak olması rəsmən təsdiqlənib
Digər Xəbərlər
10 Oktyabr 2026 00:32
Putinlə Tramp Rusiya-Ukrayna münaqişəsini və İranı müzakirə ediblər
09 Oktyabr 2026 23:42
Tramp Putinlə danışdı - Dizellə bağlı razılaşma əldə etdilər
09 Oktyabr 2026 21:40
BƏƏ təsdiqlədi: Pilot İsraildə böyük terror aktı törədəcəkdi
09 Oktyabr 2026 21:20


Bakı -°C

