Kredit bazarında nə baş verir?
Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi artmaqda davam edir. Mərkəzi Bankın məlumatına görə, 2026-cı il sentyabrın 1-nə problemli kreditlərin ümumi məbləği 721,8 milyon manat olub. Bu, ilin əvvəli ilə müqayisədə 37,6 faiz artım deməkdir.
Adalet.az xəbər verir ki, problemli kreditlərin ümumi kredit portfelində payı da yüksələrək 2,1 faizə çatıb. Bir il əvvəl bu göstərici 1,7 faiz olub.
İqtisadçı Eyyub Kərimli bildirib ki, dünya təcrübəsində problemli kreditlərin payının 3 faizi keçməsi riskli hədd hesab olunur. Onun sözlərinə görə, Azərbaycanda problemli kreditlərin artım tempi yüksəkdir:
"Sentyabrın 1-nə ölkədə fəaliyyət göstərən 21 bankın ümumi kredit portfeli 32 milyard 824,2 milyon manat təşkil edib. Kreditlərin 54,3 faizi biznes, 31,3 faizi istehlak, 14,4 faizi isə ipoteka kreditlərinin payına düşüb".
Qeyd edək ki, ilin əvvəlindən bankların kredit portfeli ümumilikdə 9,2 faiz artıb.
Digər Xəbərlər
03 Oktyabr 2026 12:02
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
03 Oktyabr 2026 09:17
“Böyük Qayıdışın növbəti mərhələsinin daha sürətli gedəcəyini düşünürəm”
02 Oktyabr 2026 22:45
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
02 Oktyabr 2026 22:02
Avropada qaz bahalaşdı
02 Oktyabr 2026 11:00
Bu hədəfin reallaşması Azərbaycana nə qədər valyuta gətirəcək?
01 Oktyabr 2026 11:08
Manatın məzənnəsi dəyişəcək? - AÇIQLAMA
01 Oktyabr 2026 10:58
"Qarabağ və Şərqi Zəngəzurda dövlət-özəl tərəfdaşlığı xüsusi diqqətdədir" - Nazir
01 Oktyabr 2026 10:53


Bakı -°C

