Bazar günü dolu düşəcək, qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 04-ü gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-20° isti, dağlarda 0-5° isti, gündüz 6-10° isti olacaq.
Digər Xəbərlər
07 Oktyabr 2026 14:04
Qəzənfər Abdullayev vəzifəsindən azad edildi
07 Oktyabr 2026 13:49
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - VİDEO+FOTOLAR
07 Oktyabr 2026 13:28
Pensiyaların ödəniləcəyi tarix açıqlandı
07 Oktyabr 2026 13:23
Prokurorluğa qəbul imtahanı keçiriləcək
07 Oktyabr 2026 12:33
Ekspertizanın aparılması qaydası dəyişir
07 Oktyabr 2026 12:22
Ukraynaya humanitar yardım göndərildi
07 Oktyabr 2026 12:02
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
07 Oktyabr 2026 11:43


Bakı -°C

