adalet.az header logo
  • Bakı -°C
03 Oktyabr 2026 17:15
73
DÜNYA
A- A+

Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski

Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın guya dövlətçiliyini itirməsi ilə bağlı sözləri onun həqiqətən müharibə ilə nəyə nail olmaq istədiyini nümayiş etdirir.

Adalet.az bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Helsinki Təhlükəsizlik Forumunda deyib.

Zelenski Kreml rəhbərinin bu kimi bəyanatlarının dayandırılmamasını "dünyanın zəifliyi" ilə əlaqələndirib:

"Niyə zəiflik? Hələ 2005-ci ildə Kreml rəhbəri demişdi ki, XX əsrin ən böyük faciəsi Sovet İttifaqının dağılmasıdır".

Zelenski əlavə edib ki, Putin I və II dünya müharibələri, həmçinin Çernobılda baş verənləri ən böyük faciələr adlandırmayıb:

"Yəni insanla bağlı heç nə yox idi. Ona görə də onun məqsədi bəllidir - Sovet İttifaqını geri qaytarmaq və Ukraynanın şərqi deyil, Donbası deyil, bütün dövlətimizi işğal etmək", - prezident vurğulayıb.