"Birliyimiz gücümüz, həmrəyliyimiz gələcəyimizdir!" - XİN
Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir.
Adalet.az xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı "X" sosial media hesabındakı paylaşımında qeyd olunub.
"3 oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd olunur. Naxçıvan Sazişi ilə əsası qoyulan Türk Dövlətləri Təşkilatı ortaq kök, dil, tarix və mədəni dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri arasında həmrəyliyin və strateji tərəfdaşlığın rəmzidir. Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyimizin daha da gücləndirilməsinə sadiqdir. Birliyimiz gücümüz, həmrəyliyimiz gələcəyimizdir!"
Digər Xəbərlər
07 Oktyabr 2026 20:51
Yaxın qonşuluqda baş verən geosiyasi müharibələr... - Səxavət Məmməd yazır
07 Oktyabr 2026 19:42
Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var - AK Parti sözçüsü
07 Oktyabr 2026 16:44
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı FƏRMAN
07 Oktyabr 2026 16:00


Bakı -°C

