SON DƏQİQƏ:

Din xadimləri və din dəllalları

  28160   |  
Şriftin ölçüsü  

Ötən həftənin ən mühüm hadisəsi, heç şübhəsiz, Roma papası Fransiskin İraq səfəri oldu. Bu tarixi səfər haqqında xeyli vaxtdı söz-söhbət getsə də çoxları onun gerçəkləşəcəyinə şübhəylə baxırdılar. Ölkədəki qeyri-sabit siyasi durum, eləcə də daha çox dini - etnik düşmənçilikdən qaynaqlanan və bitmək bilməyən terror aktlarının adi yaşayış normasına çevrilməsi belə yüksək səviyyəli bir səfəri apriori mümkünsüz edirdi. Ancaq Vatikanın başçısı yaxın ətrafından tutmuş bir çox peşəkar təhlükəsizlik qurumları və ekspertlərinin etirazlarına rəğmən qərarından dönmədi, bu çətin və riskli səfəri gerçəkləşdirdi.

Vaxtilə ABŞ-ın bu ölkəyə müdaxiləsinə ən çox müqavimət göstərən və prezident II Buşu öz niyyətindən döndərməyə çalışanlardan biri və birincisi elə rəsmi Vatikan və onun o vaxtkı başçısı II İohan Pavel olmuşdu. Təbii ki, II Paveli İraqdan çox həmin ölkədə yaşayan 1,5milyonluq xristian icmasının taleyi narahat edirdi. Çünki Səddam Hüseyn hər kim olsa da ölkədəki xristianlara qarşı normal münasibətiylə tanınırdı. Diktator onlara İranla ixtilaf ucbatından özünə düşmən saydığı şiələrdən –ölkənin sayca bu ən böyük dini icmasından qat-qat çox etimad göstərirdi. Həmin vaxt İraqa səfər etmək II Pavelin də gündəliyində var idi, ancaq sülh missiyası uğursuzluğa düçar olduğuna, yəni, C. Buşun İraqa hücum planına mane ola bilmədiyinə görə həmin səfərdən vaz keçmişdi.

Buş Səddamı devirdi və ölkəni bu gün də sonu görünməyən xaosa sürüklədi. Vatikanın qorxduğu başına gəldi. Amansız vətəndaş müharibəsi nəticəsində İraq xristianları çox ciddi məhrumiyyətlərlə üzləşdilər. Bir milyondan çox xristian İSİD-çilərin təqibindən qaçaraq ölkəni tərk etməyə məcbur oldu.Xristian abidələri, kilsələr məhv edildi. Bu müharibədə xristianlarla yanaşı müsəlmanların da başı çox müsibətlər çəkdi, islamın hər iki məzhəbinə mənsub on minlərlə insan həlak oldu, yüz minlərlə adam qaçqın düşdü, evsiz-eşiksiz qaldı. Təbii ki, bütün bunlar problemin humanitar tərəfidi. Siyasi müstəvidəsə paradoksal vəziyyət yarandı. ABŞ-ın İraqzəfərindən ən çox qazanan, siyasi dividend götürən özü yox, Yaxın Şərqdəki bir nömrəli rəqibi İran oldu. İndi bu ölkədə ən üstün söz sahibi məhz rəsmi Tehrandı. İran ötən ilin sonlarına yaxın İraqla apardığı və son nəticədə status-kvonun saxlanması, yəni heç-heçə bitən 8 illik yorucu müharibədə əldə edə bilmədiyinə Amerikanın İraq, daha doğrusu Səddam Hüseyn rejimi üzərində qələbəsindən sonra nail oldu.

Papa Fransisk üç günlük səfəri ərzində bir sıra rəsmi şəxslərlə görüşdü, Mosulda dağılmış xristian məbədlərinə baş çəkdi, Qarakol kilsəsində ibadət mərasimi düzənlədi, Ərbil stadionunda  minlərlə adamın iştirakıyla messa keçirdi, yəhudilərin Avraam, müsəlmanların İbrahim adlandırdığı ilk semit peyğəmbərinin rəvayətə görə doğulduğu qədim şumer şəhəri Ura baş çəkdi. Yeri gəlmişkən onu da deyək ki, dünya iki min ildi ki, məhz bu peyğəmbərin genetik və mənəvi varislərinin səngimək bilməyən amansız qovğalarıyla çalxalanır.

Səfərin ən sensasiyalı hadisəsi onun Nəcəf şəhərində ayətullah Sistaniylə görüşü oldu.Ayətullah Sistani təkcə İraqda yox, İranda da böyük hörmət sahibidi. Çox nüfuzlu adamdı, dialoqa açıq din xadimidi, mötədil dünyagörüşünə malikdi. Təsadüfi deyil ki, İran prezidentləri İraq səfərləri zamanı onunla görüşməyi öz müqəddəs borcları saysalar da, bəzən buna nail ola bilmirlər. Çünki o hətta dünyanın  bu ən böyük şiə dövlətinin prezidentlərinin görüş xahişini rədd etmək  dərəcəsində müstəqil və güclü şəxsiyyətdi.Vaxtilə İran prezidenti Əhmədi Necatın mühafizəkar baxışları səbəbindən onunla görüşməkdən imtina eləməsi də, Şərq mühiti üçün mötədillikdən daha önəmli amil sayılan gücün göstəricisidi.

Onun papayla 50 dəqiqə çəkən görüşündə hər iki din xadiminin qarşılıqlı sülh mesajlarıverməsi aranın qarışıb məzhəbin itdiyi hazırkı dünyada çox mühüm tarixi hadisə kimi qiymətləndirilməlidi.  

Pantifikin həm terror, həm də son vaxtlar İraqda əndazəsini aşmış koranavirus təhlükəsinə görə böyük risk sayılan İraq səfərinin əsas məqsədi müharibə ucbatından sayı kəskin azalmış xristian əhalisinə mənəvi dəstək verməklə yanaşı həm də məhv olmaq təhlükəsiylə üzləşmiş çoxsaylı xristian abidələrinin xilasına yardım etmək idi. Bu da təbiidi, dini lider olaraq onun əsas görəvidi. Mesopotamiya bütün qədim mədəniyyətlərin, o cümlədən ilk məsihicmalarının təşəkkül tapdığı bir yer olduğu üçün xristianlar üçün də əziz və doğmadı. Bu onun İraq səfərinin ən başlıca mesajı sayıla biləcəkaşağıdakı fikrində də çox aydın şəkildə əks olunub: “Varvar zərbələri nəticəsində məbədlərinin dağılması, minlərlə insanın – müsəlmanın, xristianın, yezidin və başqalarının – öldürülməsi və ölkədən köçməyə  məcbur qalması sivilizasiyanın beşiyi olan bir ölkə üçünböyük dəhşətdi”.

Fransiskin İraq səfəri həftəsində xristian abidələrinin taleyi adı altında Avropa Erməni Assosasiyası forumunun təşkilatçılığıyla başqa bir tədbir də keçirildi. “Ermənistanın dağlıq hissəsində və onlara bitişik ərazilərdəki xalqların xristian tarix-mədəni irsi” adlı təkcə başlığı çoxsaylı təhriflərlə dolu bu üzdəniraq onlayn simpoziumun məhz həmin günlərdə keçirilməsi, yəqin ki, tədbirin effektini artırmaq məqsədi daşıyırdı.

Hələ simpoziumdan xeyli əvvəl onun reklamı əsasən bir nəfərin – Ermitajın direktoru,  akademik Mixail Piotrovskinin orda iştirakı və həmsədrlərdən biri olması üstündə qurulmuşdu. Hərçənd, çox nüfuzlu şərqşünas alim olan Piotrovskinin belə saxta bir təbliğat-şouda iştiraka razılıq verməsini çoxları təəccüblə qarşılamışdı. Hətta bunu onun arvadının erməni olmasıyla, atası, məşhur arxeoloq Boris Piotrvskinin vaxtilə Ermənistanla olan sıx əlaqələriylə də bağlayanlar olmuşdu.

Ancaq akademikin simpoziumun açılışında söylədiyi nitq ermənilərin bütün planlarını alt-üst elədi, tədbirin, necə deyərlər, dadını-duzunu qaçırdı. Elə nitqinə başlayan kimi dedi ki,simpoziumda Azərbaycan, Gürcüstan və Şimali Qafqazdan olan ziyalıların iştirak etməməsi onun uğursuzluğudu. Üstəlik, əlavə etdi ki, “tarixi saxtalaşdırmaq” bir termin kimi mənim xoşuma gəlmir. Çünki tarixi saxtalaşdırmaq mümkün deyil, sənədlər saxtalaşdırıla bilər,tarixisə ya yozmaq, ya da təhrif eləmək olar.

Bu sözlər az qala, ermənilərin tarixlə necə rəftar etdiklərinə vurulan eyham təsiri bağışlayırdı.

Daha sonra akademik simpozium iştirakçılarının diqqətini İkinci Qarabağ Müharibəsinin getdiyi günlərdə Dərbənddə YUNESKO-nun xəttiylə keçirilən konfransa yönəldir və deyir: “OrdaDərbənd qalasının çox mühüm strukturu olan Narın qala müzakirə edilirdi. Uzun müddətdi ki, su anbarı hesab edilən həmin yer, sən demə, Qafqazda ən qədim xristian tikilisi imiş. Və Qafqaz Albaniyasının mədəni varislərindən biri olan müsəlman Dağıstan respublikasının rəhbərliyi və əhalisi bu tapıntını böyük çoşquyla qarşıladı…”

Burdakı müsəlman Dağıstanın Qafqaz Albaniyasının mənəvi varislərindən biri kimi vurğulanmasının hansı sətiraltı mesajı ehtiva etdiyini təxmin eləməksə simpozium iştirakçılarının öhdəsinə düşür. Üstəlik, yaxın Şərqdə, o cümlədən İraqda dağıdılan abidələrdən danışan natiq  bu sırada nə Ermənistanın, nə də onun dağlıq hissəsi adlandırılan xəyali ərazisindəki hansısa tikilidən söz salmır, əvəzində radikal islamçıların Malidəki Tiburik mavzoleyini yerlə yeksan eləməsindən, Qaraqoyunlu əmirlərinin Yerevandan Eçmiadzinə gedən yolun üstündə yerləşən “Pir Hüseyn” məbədindən, islam mədəniyyətinin bu nadir nümunələrinin Ermetajın zəngin eksponatlarıyla yaratdığı unikal harmoniyadan bəhs eləyir. “Mədəniyyət siyasətin fövqündədi, ondan daha üstündü”- deyə mədəniyyəti işğalçı ambisayalarına qurban verənləri üstörtülü məzəmmət eləməkdən də çəkinmir. Üzdəniraq simpoizmun predmeti olan müasir Azərbaycan ərazisindəki erməni abidələrindən kəlmə də kəsmir. Çünki Qarabağdakı müsəlman, yoxsa xristian abidələrinin dağıdılması haqqındakı həqiqətləridən xəbərdardı.

Ümumiyyətlə, həcmcə kiçik, məzmunca dərin bu giriş nitqi əsasən dünyanın, o cümlədənŞimali və Cənubi Qafqazın maddi-mənəvi irsinin qorunması üzərində qurulub. Piotrovski nəinki simpoziumun başlığına çıxarılmış “Dağlıq Ermənistan”  və yaxud “erməni abidələri” kəlməsini dilinə gətirmir, regiondan bəhs edərkən yalnız Qafqaz Albaniyasıxoronimindən istifadə edir. 

Nə isə… 

Akademikin siyasi konyukturadan tamamilə uzaq bu möhtəşəm çıxışından sonra simpoziumiştirakçıları və təşkilatçılarının düşdüyü vəziyyəti təsəvvür eləmək çətin deyil. Bundan sonra nə II Qareginin, nə tədbir iştirakçılarının mütləq əksəriyyətini təşkil edən ermənilərin, nə də baronessa Koks kimi naftalin iyi verən bir neçə muzdlu xarici “ekspert və alimin” qarğa xoruna bənzəyən saxta vay-şüvənləri heç nəyə yaramayacaq.

M.Cavadoğlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK