adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Mart 2021 14:16
54677
SİYASƏT
A- A+

Hərbi ekspert: "Rusiya və Ermənistanın “keçid məntəqəsi” müzakirəsi  absurddur”

Ötən gün Ermənistan Rusiya ilə Qarabağ ərazisinə əcnəbilər üçün yeni buraxılış məntəqəsinin təşkili barədə müzakirə aparıb.
Ermənistanın diaspor ilə iş üzrə nümayəndəsi Zare Sinanyan  “RİA Novosti”yə müsahibəsində belə deyib. O, bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə müzakirə etdiyini söyləyib.

Sinanyan Rusiya və Ermənistan vətəndaşlığı olmayanların bununla bağlı problemlər yaşadığını bildirib:“Hazırda yeni rejim belədir. Əvvəlcə Qarabağın Ermənistan nümayəndəliyinə 7 gün əvvəldən ərizə vermək lazımdır. Sonra siyahı Rusiya sülhməramlılarına göndərilir və daha sonra kimin gəlib-gəlməyəcəyi müəyyən edilir”.
 

Adalet.az saytının suallarını cavablandıran hərbi ekspert Ədalət Verdiyev bildirib ki,  Ermənistanın Rusiya ilə Qarabağ ərazisinə əcnəbilər üçün yeni buraxılış məntəqəsinin təşkili reallıqla üst-üstə düşmür:” Çünki Rusiya  özü də Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib. Bu həm də 10 noyabr tarixli üçtərəfli bəyanata ziddir. Dağlıq Qarabağ ərazisinə giriş-çıxış tamamilə Rusiya Sülhməramlılarının nəzarətində olsa da, əraziyə daxil olanların icazə məsuliyyəti tamamilə Azərbaycana aiddir. Belə bir sənədin imzalanması heç cür mümkün deyil, hətta gözlənilmir”.
 

Jurnalistin “Belə bir məntəqə açılarsa, bu hansı problemlərə yol aça bilər” sualına hərbi ekspert :”Biz Rusiyanın strateji tərəfdaşı ilə hər hansı bir müzakirəsinə qarışmaq ixtiyarımız yoxdu. 

Lakin bu görüşdə Azərbaycana aid hansısa bir məsələnin həlli ilə bağlı müzakirəsini qınaya bilərik. Ümumiyyətlə bu müzakirə absurddur. Azərbaycana aid hər hansı bir müzakirə edən  Rusiya və Ermənistan  Azərbaycansız  heç bir  qərar qəbul edə bilməz”.-deyə vurğulayıb.

 Əntiqə Rəşid