SON DƏQİQƏ:

SƏMƏD VURĞUNUN NİZAMİ GƏNCƏVİYƏ HƏSR ETDİYİ ŞEİR ÖZ SƏSİ İLƏ…

  23694   |  
Şriftin ölçüsü  

XX əsrin 30-40-cı illərindən etibarən Nizami Gəncəvi obrazının ədəbiyyatda vüsət alması daha çox şairin 800 illik yubileyinə hazırlıq məsələləri ilə bağlı idi. “Bu dönəmdə Nizami Yubiley Komitəsinin sədri M.T.Yaqubov “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı məqaləsini məhz bu məsələlərə həsr etmişdir. M.T.Yaqubov şairin yubileyi ilə əlaqədar görülən işlərdən bir qisminin də incəsənətin, elmin payına düşməsi haqqında yazırdı: “Nizami yubileyinə hazırlıq işləri 1938-ci ildən genişlənməyə başlamışdır. Azərbaycanın elmi işçiləri, yazıçıları, kompozitorları, rəssamları Nizaminin həyatı, yaradıcılığı və epoxasına aid elmi, ədəbi və incəsənət əsərləri yaratmaq üzərində çalışmaqdadırlar”

Məhz bunun nəticəsi idi ki, 1939-cu ild, yubiley ərəfəsində Bakıda nəşr edilən müxtəlif mətbuat orqanlarında Nizami Gəncəviyə xeyli şeirlər həsr edilmişdir ki, bunlar da daha çox qısa şeirlərdən ibarət idi: H.Abbaszadə “Böyük sənətkar” (“Gənc işçi”, 24 noyabr), Ə.Cəmil “Bu yerlər” (“Ədəbiyyat qəzeti”, 10 dekabr), Ə.Cəmil “O yerlər” (“Kirovabad bolşeviki”, 20 noyabr), Ə.Məlakə “Nizamiyə” (“Ədəbiyyat qəzeti”, 16 sentyabr), Ə.Tələt “Nizami” (“Ədəbiyyat qəzeti”, 10 dekabr), Ə.Ülfət “Nizamiyə” (“Gənc işçi”, 24 noyabr), S.Vurğun “Nizami” (“Ədəbiyyat qəzeti”, 12 oktyabr). Adları çəkilən şeirlərin eyni başlığa malik olması, eyni zaman kəsiyində - 1939-cu ilin son aylarında və həmçinin eyni qəzetlərdə dərc olunması elə ilk baxışdan bu dövrdə dahi şairin 800 illik yubileyinə olan bir ədəbi səfərbərlikdən açıq xəbər verirdi.

Ümumiyyətlə, istər bu dövrdə, istərsə də sonrakı dövrlərdə Azərbaycan ədəbiyyatının lirik, epik və dramatik növlərində Dahi Nizamiyə kifayət qədər əsər həsr edilmişdir. Bu mənada lirik və lirik-epik növdə şairlərimiz, nəsirdə nasirlərimiz, dramaturgiyada isə dramaturqlarımız dahi mütəfəkkirimizin ölməz obrazını öz əsərlərində canlandırmışlar. Həmin əsərlərdə Nizami obrazının hansı səviyyədə verilməsindən aslı olmayaraq, deyərdik ki, ədəbiyyatımızda Nizami Gəncəviyə həsr edilən şeirlərin içində mövzu və ideyya cəhətdən ən tutumlusu Səməd Vurğunun "NİZAMİ" şeiridir.

Şeirin çox maraqlı tarixçəsi var. Belə ki, Akademik Kamal Talıbzadə Səməd Vurğunla bağlı xatirələrində yazır: “Müəyyən mövzu barədə düşünən vaxtlar bir növ vəcd halında olardı, bütün fikri-zikri, duyğuları ancaq yaradılmaqda olan əsərin meydana gəlməsi, tamalanması üçün cəmləşərdi.Bu vəziyyət şairin iş qabiliyyətini artırar, O daha sürətlə işləyər, daha məhsuldar çalışardı.

Xatirimdədir, 1939-cu ilin avqustunda Kislovodskidə bir-neçə günlük dalğınlığın nəticəsi bir gecədə iki şeirin yaranması ilə nəticələndi. (“Nizami”, və “Fitnə” şeirləri.Hər iki şeir 24 avqust 1939-cu ildə yazılmışdır.) Həmin günü şeirlərin ikisini də atama oxuyub dedi:- Mirzə, kaş ki, bu ilham pərisi tez-tez bizim qonağımız olardı”. Akademik Kamal Talıbzadə “Sənətkarın şəxsiyyəti”, (“Mən ellər oğluyam” xatirələr kitabı, Bakı, Gənclik, 1984, səh-129)

“Nizami Gəncəvi 870-məqalələr toplusu” məcmuəsindən oxuyuruq: “1947-ci il iyun ayının 3-də Azərbaycan SSR Elmlər Akademiyasının böyük salonunda Nizaminin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans açıldı. Azərbaycan ziyalıları adından Stalin mükafatı laureatı şair Səməd Vurğun çıxış etdi. O, ziyalılar adından partiyaya, hökumətə və sovet xalqının rəhbəri Stalin yoldaşa söz verdi ki, Azərbaycan ziyalıları Nizaminin xatirəsini müqəddəs saxlayaraq sovet sosialist mədəniyyətini daha da inkişaf etdirəcəkdir. Səməd Vurğun öz çıxışını Nizamiyə həsr etdiyi ilhamlı bir şeirini oxumaqla qurtardı. Azərbaycan sovet ədəbiyyatında Nizami Gəncəvi obrazını öz dolğunluğu ilə tərənnüm etdirən şeirlərdən biri məhz Səməd Vurğunun “Nizami” şeiri idi. Səməd Vurğun yeddi beytlik bu şeirində şair məhəbbətini ifadə edir, sənətinin qüdrətindən, əsərlərinin əsrlərlə təsirindən, idrakın ölməzliyindən bəhs açırdı:

“Keçdikcə nəsillər o sənin söz çəmənindən,

Ellər, obalar dərs alacaqdır hələ səndən.

Ölməz bu aləmə idrakla gələnlər,

Məna evinin sirrini vicdanla bilənlər”

Səməd Vurğun şairin dühasının nurunun hələ də dünyaya yayıldığını vurğulayaraq onu “xalqın gözü, qəlbi, vicdanı” adlandırırdı.

 

Əlimuxtar MUXTAROV

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Gəncə Bölməsi

Nizami Gəncəvi Mərkəzinin

Böyük elmi işçisi

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-14
2021-04-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 13, 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK