Bayram günlərində təhsil işçiləri bir araya gəldi - FOTOLAR
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi tərəfindən “Təhsil İstirahət Mərkəzində ” ali, orta ixtisas və peşə təhsili müəssisələrinin əməkdaşları üçün “Novruz 2026” adlı düşərgə təşkil olunub.
Adalet.az xəbər verir ki, iki mərhələdə keçirilən düşərgədə ümumilikdə 800-ə yaxın təhsil işçisi iştirak edəcək.
Düşərgənin 1-ci hissəsinin açılış mərasimində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxış edərək komitə sədri Araz Paşayevin Müqəddəs Ramazan və Novruz bayramları münasibətilə təhsil işçilərinə təbriklərini çatdırıb, düşərgədə iştirak edən respublikanın müxtəlif bölgələrindən olan ali, orta ixtisas və peşə təhsili müəssisələrində çalışan ittifaq üzvlərinə xoş istirahət və gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Tətil günlərində davam edən düşərgə proqramı çərçivəsində təhsil işçiləri üçün zəngin və çoxşaxəli maraqlı fəaliyyət planı hazırlanıb. Proqram həm milli-mədəni dəyərlərin təbliğini, həm də təhsil işçilərinin peşəkar inkişafını təşviq etməyə yönəlib.
Bayram tədbirləri çərçivəsində Novruzun qədim ənənələrini əks etdirən müxtəlif mədəni və əyləncəli tədbirlər təşkil edilib.
Bununla yanaşı, düşərgə müddətində Azərbaycanın tanınmış elm xadimləri və mütəxəssislərinin iştirakı ilə müxtəlif mövzularda təlim və seminarlar da təşkil olunacaq.
Digər Xəbərlər
26 Mart 2026 11:06
İrana göndərilən yardım Qaradağa çatdı
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45


Bakı -°C

